QDF Qarabağ Dirçəliş FonduQarabağ Dirçəliş Fondu

Kargüzarlıq (Katiblik və Ümumi işlər şöbəsi)

Bakı Опубликовано 5 ч. назад Источник
Полная занятость 1–3 года HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • Fondun kargüzarlıq işinin Azərbaycan Respublikasının qanunvericiliyinin və normativ-hüquqi aktlarının tələblərinə uyğun şəkildə təşkili və aparılmasını təmin etmək;
  • Elektron sənəd dövriyyəsi sistemində daxil olan və göndərilən sənədlərin qeydiyyatını, icrasına nəzarəti və müvafiq qaydada rəsmiləşdirilməsini həyata keçirmək;
  • Fondun sənəd dövriyyəsinin təşkilini, sənədlərin hərəkətinə nəzarəti və aidiyyəti üzrə vaxtında çatdırılmasını təmin etmək;
  • Fondun arxiv işini təşkil etmək, sənədlərin sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi proseslərini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
  • Dövlət qurumları və digər təşkilatlarla rəsmi və işgüzar yazışmaların hazırlanmasında və aparılmasında iştirak etmək;
  • Fondun fəaliyyəti ilə bağlı məktubların, sorğuların, cavabların və digər rəsmi sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
  • Kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işi sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
  • Azərbaycan dilini yüksək səviyyədə tətbiq etməklə rəsmi sənədlərin və yazışmaların düzgün, dəqiq və peşəkar şəkildə hazırlanmasını təmin etmək;
  • Öz vəzifə öhdəliklərinin icrası zamanı yüksək məsuliyyət, operativlik, dəqiqlik və peşəkarlıq prinsiplərinə riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən və tutduğu vəzifənin funksional istiqamətinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Xüsusi tələblər

  • Ali təhsil.


Təcrübə:

  • Sənədləşmə sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Arzuolunan iş təcrübəsi – 2 il və ya daha artıq.


Bilik və bacarıqlar:

  • Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  • Sənədləşmə sahəsində qüvvədə olan əsas normativ qayda və prinsiplər barədə bilik;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Elektron sənəd dövriyyəsi sistemində işləmək bacarığı;
  • Analitik düşünmə və problemləri operativ həll etmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  • Vaxtın düzgün idarə olunması və eyni zamanda bir neçə tapşırığın icrasını planlaşdırmaq bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Təqdimat və hesabat hazırlamaq bacarığı.
Müraciət üçün (CV): https://qdf.gov.az/media-merkezi/vakansiyalar/22-Referent.html
QDF Qarabağ Dirçəliş Fondu
Qarabağ Dirçəliş Fondu

Похожие вакансии

Смотреть все
Откликнуться