AAC MMC Kəsmə -Tənzimləmə operatoru (MHB - istehsalat sahəsi üzrə)
About this role
İş barədə məlumat:
İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossei 47-ci km.
Əmək haqqı təcrübədən asılı olaraq 800-850 AZN
Nahar və Servis şirkət tərəfindən təmin olunur. (Sumqayıt şəhəri, İnşaatçılar və İçərişəhər metrosundan servis ilə iş yerinə çatdırılma)
İş rejimi – Növbəli (1-ci növbə 08:00 – 20:00; 2-ci növbə 20:00-08:00 kimi; 2 gün ev)
İşin qısa təsviri:
Tökmə prosesindən sonra verilmiş istehsal tapşırığına əsasən MHB bloklarının kəsilməsi üçün ölçülərin yığılması və kəsmə prosesinin aparılması;
Uzununa, eninə və hündürlük kəsmə avadanlıqların işinə nəzarət olunması;
Geridönüş quyuların iş rejiminə nəzarət;
Kəsmə prosesindən keçmiş hazır keyklərin avtoklav seksiyasına daşıyıcı arabalar vasitəsilə nəql edilməsi;
Keykin standartlara uyğun kəsilməsi üçün avadanlığa ölçülərin verilməsi, mütəmadi olaraq ölçülərin yoxlanması
Hazır keyklərin kəsilməsi zamanı yaranan şlamın qayıdan şlam silosuna nasos vasitəsi ilə nəql edilməsi
Vəzifəyə dair tələblər:
Ali və ya orta-ixtisas təhsili (Kimya, Fizika, İstehsalat sahəsi üzrə arzu olunandır);
20 – 35 yaş aralığında bəy namizədlərə üstünlük veriləcəkdir;
Microsoft Office orta səviyyədə bilməli;
Dürüst, çalışqan, yüksək səviyyədə məsuliyyətli olmalı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində “Operator” qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.

AAC is the first company in Azerbaijan producing cellular aerocrete blocks at a high technology and on the original equipment of German company "Wehrhahn". The aerocrete products are manufactured…