A AAC MMCAAC MMC

Kəsmə -Tənzimləmə operatoru (MHB - istehsalat sahəsi üzrə)

Опубликовано 6 ч. назад Источник
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
20 avqust 2026

О должности

İş barədə məlumat:

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossei 47-ci km.

  • Əmək haqqı təcrübədən asılı olaraq  800-850 AZN

  • Nahar və Servis şirkət tərəfindən təmin olunur. (Sumqayıt şəhəri, İnşaatçılar və İçərişəhər metrosundan servis ilə iş yerinə çatdırılma)

  • İş rejimi – Növbəli (1-ci növbə 08:00 – 20:00; 2-ci növbə 20:00-08:00 kimi; 2 gün ev)

İşin qısa təsviri:

  • Tökmə prosesindən sonra verilmiş istehsal tapşırığına əsasən MHB bloklarının kəsilməsi üçün ölçülərin yığılması və kəsmə prosesinin aparılması;

  • Uzununa, eninə və hündürlük kəsmə avadanlıqların işinə nəzarət olunması;

  • Geridönüş quyuların iş rejiminə nəzarət;

  • Kəsmə prosesindən keçmiş hazır keyklərin avtoklav seksiyasına daşıyıcı arabalar vasitəsilə  nəql edilməsi;

  • Keykin standartlara uyğun kəsilməsi üçün avadanlığa ölçülərin verilməsi, mütəmadi olaraq ölçülərin yoxlanması 

  • Hazır keyklərin kəsilməsi zamanı yaranan şlamın qayıdan şlam silosuna nasos  vasitəsi ilə nəql edilməsi 

Vəzifəyə dair tələblər:

  • Ali və ya orta-ixtisas təhsili (Kimya, Fizika, İstehsalat sahəsi üzrə arzu olunandır);

  • 20 – 35 yaş aralığında bəy namizədlərə üstünlük veriləcəkdir;

  • Microsoft Office orta səviyyədə bilməli;

  • Dürüst, çalışqan, yüksək səviyyədə məsuliyyətli olmalı; 

  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində “Operator” qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.

Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
A AAC MMC
AAC MMC
Tikinti

AAC is the first company in Azerbaijan producing cellular aerocrete blocks at a high technology and on the original equipment of German company "Wehrhahn". The aerocrete products are manufactured…

Похожие вакансии

Смотреть все