Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət üzrə Rəhbər
Posted 19 h ago Source ↗
Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət üzrə Rəhbər
Vəzifə və öhdəliklər:
- Layihə üzrə keyfiyyətə nəzarət sisteminin qurulmasını, tətbiqini və davamlı təkmilləşdirilməsini təmin etmək;
- Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və əməkdaşların işinə rəhbərlik etmək;
- Layihənin keyfiyyət planlarının, yoxlama və sınaq planlarının (ITP), metod bəyanatlarının və digər keyfiyyət sənədlərinin hazırlanmasına və icrasına nəzarət etmək;
- Layihə üzrə bütün tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, müqavilə, standart və normativ sənədlərə uyğun icra olunmasını təmin etmək;
- Materialların, avadanlıqların və görülən işlərin keyfiyyət göstəricilərinin yoxlanılmasına və qəbul prosesinə nəzarət etmək;
- Təchizatçılar və subpodratçıların keyfiyyət tələblərinə uyğun fəaliyyətini qiymətləndirmək və nəzarətdə saxlamaq;
- Uyğunsuzluqların müəyyən edilməsi, səbəblərinin araşdırılması, düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təşkil etmək;
- Sahədə aparılan yoxlamaları, inspeksiyaları və sınaqları koordinasiya etmək, nəticələrin düzgün sənədləşdirilməsini təmin etmək;
- Müştəri, texniki nəzarət, layihə rəhbərliyi və digər aidiyyəti tərəflərlə keyfiyyət məsələləri üzrə əlaqələri idarə etmək;
- Keyfiyyət hesabatlarının hazırlanmasını, təqdim edilməsini və arxivləşdirilməsini təmin etmək;
- Daxili və xarici auditlərin keçirilməsini təşkil etmək və audit nəticələri üzrə tədbirlər planının icrasına nəzarət etmək;
- Şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və qiymətləndirmələr aparmaq;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərin keyfiyyət proseslərində tətbiqinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Layihə üzrə Keyfiyyət İdarəetmə Sisteminin (QMS) ISO 9001:2015 standartının tələblərinə uyğun tətbiqini, monitorinqini və davamlı təkmilləşdirilməsini təmin etmək;
- Keyfiyyət siyasətinin, prosedurların, təlimatların, proseslərin və digər keyfiyyət idarəetmə sənədlərinin hazırlanmasını, yenilənməsini və tətbiqini təşkil etmək;
- Layihə üzrə keyfiyyət məqsədlərinin və əsas performans göstəricilərinin (KPI) müəyyən edilməsini, monitorinqini və qiymətləndirilməsini təmin etmək;
- Risk və imkanların qiymətləndirilməsi prosesində iştirak etmək, keyfiyyət risklərinin azaldılması üçün tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
- Layihə üzrə dərslərin öyrənilməsi (Lessons Learned), kök səbəb analizinin (Root Cause Analysis) aparılmasını və davamlı təkmilləşdirmə fəaliyyətlərini koordinasiya etmək;
- Sənədlərin idarə olunması prosesinə nəzarət etmək, keyfiyyət qeydlərinin düzgün saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
- Keyfiyyət mədəniyyətinin formalaşdırılması məqsədilə əməkdaşlar üçün keyfiyyət üzrə maarifləndirmə və təlimlərin təşkil edilməsini təmin etmək;
- İdarəetmənin təhlili (Management Review) üçün keyfiyyət göstəricilərinin hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Layihə üzrə təchizatçı və subpodratçıların keyfiyyət fəaliyyətinin monitorinqini aparmaq, performansını qiymətləndirmək və inkişaf tədbirlərini həyata keçirmək.
Tələblər:
- İnşaat mühəndisliyi, mülki tikinti və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Tikinti sahəsində keyfiyyətə nəzarət istiqamətində minimum 10 il, rəhbər vəzifədə isə ən azı 5 il iş təcrübəsi;
- ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə biliklər və praktiki tətbiq təcrübəsi;
- Beynəlxalq və yerli tikinti norma və standartlarını (ASTM, ASME, API, EN, ISO və s.) bilmək;
- Tikinti materialları, qaynaq, beton, armatur, boru və metal konstruksiya işləri üzrə keyfiyyət tələblərini bilmək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür;
- NDT, CSWIP, BGAS, ISO 9001 Lead Auditor və ya digər sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;
- Güclü liderlik, analitik düşünmə, qərarvermə və komanda idarəetmə bacarığı.
İş şəraiti:
- Həftədə 2 gün istirahət.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Keyfiyyətə Nəzarət Şöbəsinin Rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
QA/QC Lead
Duties and Responsibilities
- Establish, implement, maintain, and continually improve the Project Quality Management System.
- Plan, organize, and supervise the activities of the QA/QC Department.
- Develop, review, and implement Project Quality Plans, Inspection and Test Plans (ITPs), Method Statements, procedures, and other quality documentation.
- Ensure all construction and installation activities comply with approved drawings, contract requirements, project specifications, codes, and standards.
- Supervise inspections and acceptance of materials, equipment, and completed works.
- Evaluate and monitor suppliers and subcontractors to ensure compliance with project quality requirements.
- Identify non-conformities, investigate root causes, and ensure the implementation of corrective and preventive actions.
- Coordinate site inspections, testing, and quality surveillance activities while ensuring accurate documentation.
- Liaise with clients, consultants, project management, and other stakeholders on quality-related matters.
- Ensure timely preparation, submission, and maintenance of quality reports and records.
- Plan and coordinate internal and external quality audits and monitor the implementation of corrective actions.
- Develop the competency of QA/QC personnel by identifying training needs and conducting performance evaluations.
- Ensure quality activities comply with health, safety, and environmental requirements.
- Perform any other duties assigned by management.
Quality Assurance Responsibilities
- Ensure the Project Quality Management System (QMS) is implemented, monitored, and continually improved in accordance with ISO 9001:2015.
- Develop, review, update, and implement quality policies, procedures, work instructions, and other QMS documentation.
- Establish and monitor project quality objectives and Key Performance Indicators (KPIs).
- Participate in risk and opportunity assessments and implement actions to mitigate quality risks.
- Coordinate Lessons Learned activities, Root Cause Analysis (RCA), and continual improvement initiatives.
- Ensure proper document control and maintenance of quality records.
- Promote a quality culture by organizing quality awareness and training programs.
- Prepare quality performance reports and management review inputs.
- Monitor and evaluate supplier and subcontractor quality performance and implement improvement actions.
Qualifications
- Bachelor's degree in Civil Engineering, Construction Engineering, or another relevant discipline.
- Minimum 10 years of QA/QC experience in the construction industry, including at least 5 years in a managerial position.
- Practical knowledge and experience in implementing ISO 9001:2015 Quality Management Systems.
- Strong knowledge of international and local construction standards, including ASTM, ASME, API, EN, ISO, and related codes.
- Knowledge of quality requirements for construction materials, welding, concrete, reinforcement, piping, and structural steel works.
- Proficiency in Microsoft Office applications.
- Fluent in Azerbaijani; English and Russian language skills are considered an advantage.
- International certifications such as NDT, CSWIP, BGAS, ISO 9001 Lead Auditor, or equivalent are preferred.
- Strong leadership, analytical thinking, decision-making, and team management skills.
Working Conditions
- Work Schedule: Five-day working week (two days off).
- Salary: To be determined based on the interview.
Qualified candidates are invited to send their CVs to the e-mail address in the Apply for job button with the subject line "QA/QC Lead".
AAS 
Amina and S Group
Tikinti
AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir. Şirkətimiz tikinti, boru kəməri işləri, qaynaq, yol tikintisi,…