DD Diamed Development Group MMCDiamed Development Group MMC

Keyfiyyətə Nəzarət Rəhbəri (Quality Control Manager)

Posted 8 h ago Source
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
5 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • İş yeri: Şpris istehsalı müəssisəs (Diamed Co)

  • Iş yeri  Pirallahı qəsəbəsi ( servis mövcuddur)

  • Iş qrafiki növbəli 

  • Əmək haqqı 2200-2500 azn

Əsas vəzifələr

  • Keyfiyyətə nəzarət laboratoriyasının fəaliyyətini planlaşdırmaq, təşkil etmək və idarə etmək;

  • Xammal, qablaşdırma materialları, yarımfabrikat və hazır məhsulların spesifikasiyalara uyğunluğunu təmin etmək;

  • Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət etmək;

  • İstehsal prosesində keyfiyyət göstəricilərini izləmək və uyğunsuzluqları operativ şəkildə araşdırmaq;

  • Kök səbəb analizi (Root Cause Analysis), korrektiv və preventiv tədbirlərin (CAPA) hazırlanması və icrasına rəhbərlik etmək;

  • Daxili auditlərin təşkili və keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsini təmin etmək;

  • ISO 13485, GMP və müəssisədaxili prosedurların tələblərinə əməl olunmasına nəzarət etmək;

  • Kalibrləmə, validasiya və laboratoriya avadanlıqlarının idarə olunması proseslərini koordinasiya etmək;

  • Keyfiyyət göstəricilərinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;

  • Keyfiyyətə nəzarət əməkdaşlarının işini koordinasiya etmək, onların inkişafı və təlimlərini təşkil etmək.

Namizədə tələblər

  • Ali təhsil (Əczaçılıq, Kimya, Biologiya, Biotexnologiya, Tibb mühəndisliyi və ya əlaqəli sahələr üzrə);

  • Tibbi cihaz, əczaçılıq və ya steril istehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;

  • ISO 13485, GMP, GLP və risk idarəetmə prinsipləri üzrə bilik;

  • Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;

  • Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • İngilis dilini texniki sənədləri oxuyacaq səviyyədə bilmək üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik və yüksək diqqətlilik;

  • Dəqiqlik və sistemli iş yanaşması;

  • Nəticəyönümlülük;

  • Etik davranış prinsiplərinə sadiqlik;

  • Vaxtın səmərəli idarə edilməsi bacarığı.

Təklif edirik

  • Rəqabətqabiliyyətli əməkhaqqı;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;

  • Peşəkar inkişaf və təlim imkanları;

  • Müasir istehsal və laboratoriya şəraitində işləmək imkanı;

Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə müsahibə mərhələsi üçün əlaqə saxlanılacaq.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

DD Diamed Development Group MMC
Diamed Development Group MMC
Emal sənayesi

Similar jobs

See all