Diamed Development Group MMC Keyfiyyətə Nəzarət Rəhbəri (Quality Control Manager)
Vəzifə haqqında
İş şəraiti
İş yeri: Şpris istehsalı müəssisəs (Diamed Co)
Iş yeri Pirallahı qəsəbəsi ( servis mövcuddur)
Iş qrafiki növbəli
Əmək haqqı 2200-2500 azn
Əsas vəzifələr
Keyfiyyətə nəzarət laboratoriyasının fəaliyyətini planlaşdırmaq, təşkil etmək və idarə etmək;
Xammal, qablaşdırma materialları, yarımfabrikat və hazır məhsulların spesifikasiyalara uyğunluğunu təmin etmək;
Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət etmək;
İstehsal prosesində keyfiyyət göstəricilərini izləmək və uyğunsuzluqları operativ şəkildə araşdırmaq;
Kök səbəb analizi (Root Cause Analysis), korrektiv və preventiv tədbirlərin (CAPA) hazırlanması və icrasına rəhbərlik etmək;
Daxili auditlərin təşkili və keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsini təmin etmək;
ISO 13485, GMP və müəssisədaxili prosedurların tələblərinə əməl olunmasına nəzarət etmək;
Kalibrləmə, validasiya və laboratoriya avadanlıqlarının idarə olunması proseslərini koordinasiya etmək;
Keyfiyyət göstəricilərinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Keyfiyyətə nəzarət əməkdaşlarının işini koordinasiya etmək, onların inkişafı və təlimlərini təşkil etmək.
Namizədə tələblər
Ali təhsil (Əczaçılıq, Kimya, Biologiya, Biotexnologiya, Tibb mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
Tibbi cihaz, əczaçılıq və ya steril istehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
ISO 13485, GMP, GLP və risk idarəetmə prinsipləri üzrə bilik;
Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;
Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
İngilis dilini texniki sənədləri oxuyacaq səviyyədə bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər
Məsuliyyətlilik və yüksək diqqətlilik;
Dəqiqlik və sistemli iş yanaşması;
Nəticəyönümlülük;
Etik davranış prinsiplərinə sadiqlik;
Vaxtın səmərəli idarə edilməsi bacarığı.
Təklif edirik
Rəqabətqabiliyyətli əməkhaqqı;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və təlim imkanları;
Müasir istehsal və laboratoriya şəraitində işləmək imkanı;
Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə müsahibə mərhələsi üçün əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
