VS "VIP Services Group" LLC"VIP Services Group" LLC

Keyfiyyətə Nəzarət və Sənədləşmə üzrə Mütəxəssis

Bakı Posted 3 h ago Source
Full-time 3–5 years Engineering
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

Vəzifə öhdəlikləri:

İnteqrasiya olunmuş Menecment Sistemi (İMS) üzrə sənədlərin (prosedur, reqlament, təlimat və s.) hazırlanmasında, yenilənməsində və reviziya (yenidən baxılma) prosesində aktiv iştirak etmək;

Baş vermiş uyğunsuzluqlar və daxil olan şikayətlər üzrə aparılan araşdırmaların nəticələrinə əsasən, müəyyən olunmuş düzəldici və önləyici tədbirlərin icrasına nəzarət etmək;

Risklərin reyestrini hazırlamaq, mütəmadi yeniləmək və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

Rəhbərlik tərəfindən müəyyən olunmuş strateji məqsədlərin icrasında və hədəflərə çatılmasında iştirak etmək;

Proseslər üzrə müəyyən olunmuş səmərəlilik göstəricilərini (KPI) faktiki göstəricilərlə müqayisə etmək, təhlil aparmaq və nəticələrə dair hesabatlar hazırlamaq;

Daxili auditlərin keçirilməsində, həmçinin dövlət və xarici təşkilatlar (sertifikasiya qurumları) tərəfindən keçirilən xarici yoxlamalara hazırlıq işlərində iştirak etmək;

İMS rəhbər sənədlərinin ISO 9001 (və digər tətbiq olunan ISO) standartlarının tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri dəyişiklikləri icra etmək;

Görülmüş işlər üzrə dövri hesabatlar və vizual təqdimatlar hazırlamaq, rəhbərliyə təqdim etmək.


Əmək şəraiti:

  • İş rejimi: 5 günlük (09:00-18:00);
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə;


Tələblər

  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook) və 1C proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili minimum B2 səviyyəsində; İngilis dili arzuolunandır.


  • Sertifikat və təlimlər:
  • ISO 9001:2015 (Keyfiyyətin İdarə Edilməsi Sistemi – Tələblər);
  • ISO 45001:2018 (Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası – İdarəetmə Sistemi).

Şəxsi və peşəkar keyfiyyətlər:

  • Yüksək dürüstlük, məsuliyyət və detallara qarşı diqqətlilik;
  • Təşəbbüskarlıq və güclü təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmək və kollektivlə effektiv inteqrasiya bacarığı;
  • İşgüzar ünsiyyət və peşəkar etika qaydalarına sahib olmaq.

VS "VIP Services Group" LLC
"VIP Services Group" LLC

Yarandığı 2011-ci ildən etibarən “VIP Xidmətlər Qrupu” MMC özünü Heydər Əliyev Beynəlxalq Aeroportunda və Gəncə Beynəlxalq Hava Limanında sərnişinlər üçün səyahət keyfiyyətinin yüksəldilməsinə həsr…

Similar jobs

See all
Apply