"VIP Services Group" LLC Keyfiyyətə Nəzarət və Sənədləşmə üzrə Mütəxəssis
Vəzifə haqqında
Təsvir
Vəzifə öhdəlikləri:
İnteqrasiya olunmuş Menecment Sistemi (İMS) üzrə sənədlərin (prosedur, reqlament, təlimat və s.) hazırlanmasında, yenilənməsində və reviziya (yenidən baxılma) prosesində aktiv iştirak etmək;
Baş vermiş uyğunsuzluqlar və daxil olan şikayətlər üzrə aparılan araşdırmaların nəticələrinə əsasən, müəyyən olunmuş düzəldici və önləyici tədbirlərin icrasına nəzarət etmək;
Risklərin reyestrini hazırlamaq, mütəmadi yeniləmək və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Rəhbərlik tərəfindən müəyyən olunmuş strateji məqsədlərin icrasında və hədəflərə çatılmasında iştirak etmək;
Proseslər üzrə müəyyən olunmuş səmərəlilik göstəricilərini (KPI) faktiki göstəricilərlə müqayisə etmək, təhlil aparmaq və nəticələrə dair hesabatlar hazırlamaq;
Daxili auditlərin keçirilməsində, həmçinin dövlət və xarici təşkilatlar (sertifikasiya qurumları) tərəfindən keçirilən xarici yoxlamalara hazırlıq işlərində iştirak etmək;
İMS rəhbər sənədlərinin ISO 9001 (və digər tətbiq olunan ISO) standartlarının tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri dəyişiklikləri icra etmək;
Görülmüş işlər üzrə dövri hesabatlar və vizual təqdimatlar hazırlamaq, rəhbərliyə təqdim etmək.
Əmək şəraiti:
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə;
Tələblər
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Müvafiq və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook) və 1C proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili minimum B2 səviyyəsində; İngilis dili arzuolunandır.
- Sertifikat və təlimlər:
- ISO 9001:2015 (Keyfiyyətin İdarə Edilməsi Sistemi – Tələblər);
- ISO 45001:2018 (Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası – İdarəetmə Sistemi).
Şəxsi və peşəkar keyfiyyətlər:
- Yüksək dürüstlük, məsuliyyət və detallara qarşı diqqətlilik;
- Təşəbbüskarlıq və güclü təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmək və kollektivlə effektiv inteqrasiya bacarığı;
- İşgüzar ünsiyyət və peşəkar etika qaydalarına sahib olmaq.

Yarandığı 2011-ci ildən etibarən “VIP Xidmətlər Qrupu” MMC özünü Heydər Əliyev Beynəlxalq Aeroportunda və Gəncə Beynəlxalq Hava Limanında sərnişinlər üçün səyahət keyfiyyətinin yüksəldilməsinə həsr…