ALC Alliance Legal CenterAlliance Legal Center

Kiçik hüquqşünas

Posted 3 h ago Source
Legal
Monthly salary
Salary negotiable
Application deadline
16 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Karyeranıza bizimlə başlayın!

Bu vakansiya Hüquq fakültəsindən yeni məzun olmuş, gələcəkdə biznes hüququ sahəsində peşəkar kadr kimi yetişmək və güclü praktika qazanmaq istəyən iddialı namizədlər üçün nəzərdə tutulub. Komandamız gənc mütəxəssisin inkişafına dəstək olmağa və ona real layihələrdə təcrübə qazandırmağa hazırdır.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif növ müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında birbaşa iştirak etmək;

  • Hüquqi sənədlərin yoxlanılması, sistemləşdirilməsi və arxivləşdirilməsi prosesinə dəstək vermək;

  • Daxil olan hüquqi sorğuların araşdırılması, dövlət qurumları, tərəfdaşlar və müştərilərlə rəsmi yazışmaların aparılması;

  • Şirkətin tərəfdaşları və müştəriləri ilə keçirilən onlayn (və ya ofisdaxili) görüşlərdə iştirak etmək;

  • Cari qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək, təhlil etmək və hüquqi araşdırmalar (research) aparmaq;

  • Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə dair tələblər:

  • Təhsil: Hüquq üzrə ali təhsil (Bakalavr dərəcəsi);

  • İş təcrübəsi: 0–6 ay (təcrübəsiz namizədlər də müraciət edə bilər);

  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili – yaxşı, İngilis dili – orta (arzuolunandır);

  • Kompyuter bilikləri: MS Office (Word, Excel) və suni intellekt proqramlarında sərbəst işləmək bacarığı;

  • Yumşaq bacarıqlar (Soft Skills): Səlis nitq qabiliyyəti, fikirlərini şifahi/yazılı şəkildə sərbəst və aydın ifadə etmək bacarığı, analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik;

  • Loyallıq: Şirkətdə uzunmüddətli inkişafa hədəflənən və ən azı 2 il çalışmaq niyyəti olan namizədlərə üstünlük veriləcəkdir.

Bizim üçün xüsusi önəm kəsb edən məqamlar:

Məsuliyyət, Əxlaq və Xarakter: Komandamız üçün namizədin yalnız nəzəri bilikləri deyil, eyni zamanda yüksək əxlaqi dəyərlər, məsuliyyət hissi, işinə qarşı vicdanlı yanaşması və güclü peşəkar xarakter nümayiş etdirməsi son dərəcə vacibdir.

Bizim üçün iş vaxtından səmərəli istifadə və daxili intizam mühümdür; bu səbəbdən iş saatlarında şəxsi məqsədlər üçün telefondan və sosial şəbəkələrdən istifadənin minimuma endirilməsi, diqqətin tam olaraq işə və peşəkar inkişafa yönəldilməsi əsas tələblərimizdəndir. Tapşırıqlara sahib çıxa bilən, detallara qarşı diqqətli və çətinliklər qarşısında qətiyyətli duruş nümayiş etdirən namizədlərə xüsusi üstünlük veriləcəkdir.

Əmək şərtləri:

  • İş qrafiki: Tam ştat (Həftədə 5 gün, Bazar ertəsi – Cümə)

  • İş saatları: 08:00 – 17:00

  • İş yeri: Bakı, Nərimanov ray., Həsənoğlu küçəsi 4 (Heydər Əliyev Mərkəzinin yanı)

  • İlkin Əməkhaqqı: 400 – 700 AZN (NET) + Bonuslar (İşində fərqlənən və fərdi inkişaf göstərən namizədlərə xüsusi maaş artımı tətbiq olunacaqdır).

Hörmətli namizədlər, CV-lərinizi mövzu hissəsinə “Kiçik hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

ALC Alliance Legal Center
Alliance Legal Center

Similar jobs

See all