AB ATB BankATB Bank

Kiçik Satış Məsləhətçisi / Satış Məsləhətçisi (Bakı filialları)

Bakı Posted 2 h ago Source
Sales
Monthly salary
Salary negotiable
Application deadline
27 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Fiziki şəxslərə qüvvədə olan qanunvericilik və Bankın müvafiq normativ hüquqi aktları çərçivəsində yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi;
  • Hesablar üzrə nağd və nağdsız əməliyyatların aparılması;
  • Ödəniş kartlarının satışı;
  • Sənədli əməliyyatlar üzrə müştərilərdən sənədlərin qəbul edilməsi, yoxlanılması və müvafiq şöbələrə ötürülməsi;
  • Fiziki şəxslərə təklif olunan bütün növ kreditlərin rəsmiləşdirilməsi;
  • Bankın təqdim etdiyi bütün növ bank məhsulları və xidmətləri barədə məlumatlı olmaq və müştərilərə bu barədə məlumat vermək;
  • Depozitlərin növləri, şərtləri və tətbiq edilən faiz dərəcələri barədə müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitlərin qəbulunu həyata keçirmək;
  • Müştərilərə plastik kartların növləri, şərtləri və istifadə qaydaları barədə məlumat vermək, məhsulları təklif etmək, sifarişləri qəbul etmək və icrasını təmin etmək;
  • Müştəri müraciətlərinə əsasən sorğuların cavablandırılmasını təmin etmək;
  • Bankın son yenilikləri və kampaniyaları barədə müştəriləri məlumatlandırmaq.


Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, bank işi və digər uyğun ixtisaslar üzrə təhsil arzuolunandır);
  • Azərbaycan dilini sərbəst bilməsi (rus və ya ingilis dili biliyi arzuolunandır);
  • Bank işi, satış, müştəri xidməti və ya xidmət sahəsində təcrübənin olması üstünlükdür;
  • Komandada işləmək bacarığı;
  • Yüksək ünsiyyət qurma və müştərilərlə effektiv əlaqə yaratmaq bacarığı;
  • Müştəriyönümlü yanaşma və satış bacarıqlarına sahib olmaq;
  • Problemləri analiz etmək və operativ həll etmək bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı.


Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
AB ATB Bank
ATB Bank

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…

Similar jobs

See all
Apply