ATB Bank Kiçik Satış Məsləhətçisi / Satış Məsləhətçisi (Bakı filialları)
Категория Продажи
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Fiziki şəxslərə qüvvədə olan qanunvericilik və Bankın müvafiq normativ hüquqi aktları çərçivəsində yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi;
- Hesablar üzrə nağd və nağdsız əməliyyatların aparılması;
- Ödəniş kartlarının satışı;
- Sənədli əməliyyatlar üzrə müştərilərdən sənədlərin qəbul edilməsi, yoxlanılması və müvafiq şöbələrə ötürülməsi;
- Fiziki şəxslərə təklif olunan bütün növ kreditlərin rəsmiləşdirilməsi;
- Bankın təqdim etdiyi bütün növ bank məhsulları və xidmətləri barədə məlumatlı olmaq və müştərilərə bu barədə məlumat vermək;
- Depozitlərin növləri, şərtləri və tətbiq edilən faiz dərəcələri barədə müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitlərin qəbulunu həyata keçirmək;
- Müştərilərə plastik kartların növləri, şərtləri və istifadə qaydaları barədə məlumat vermək, məhsulları təklif etmək, sifarişləri qəbul etmək və icrasını təmin etmək;
- Müştəri müraciətlərinə əsasən sorğuların cavablandırılmasını təmin etmək;
- Bankın son yenilikləri və kampaniyaları barədə müştəriləri məlumatlandırmaq.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, bank işi və digər uyğun ixtisaslar üzrə təhsil arzuolunandır);
- Azərbaycan dilini sərbəst bilməsi (rus və ya ingilis dili biliyi arzuolunandır);
- Bank işi, satış, müştəri xidməti və ya xidmət sahəsində təcrübənin olması üstünlükdür;
- Komandada işləmək bacarığı;
- Yüksək ünsiyyət qurma və müştərilərlə effektiv əlaqə yaratmaq bacarığı;
- Müştəriyönümlü yanaşma və satış bacarıqlarına sahib olmaq;
- Problemləri analiz etmək və operativ həll etmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı.
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
AB 

ATB Bank
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…