AAI
AIMC (Azerbaijan International Mining Company)
Kiçik Topoqraf (Gədəbəy & Ağdərə)
Posted 1 d ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
- Category
- Healthcare
About this role
Vəzifə öhdəlikləri:
- Topoqrafik və geodeziya işlərinin təşkili və icrasının təmin edilməsi;
- Sahə ölçmə işlərinin norma və texniki təlimatlara uyğun aparılması;
- Ölçmə nəticələrinin işlənməsi, texniki hesabatların və qeydiyyat sənədlərinin hazırlanması;
- GPS, elektron taxeometr və digər geodeziya avadanlıqları vasitəsilə koordinat və nöqtələrin müəyyən edilməsi;
- Topoqrafik plan və xəritələrin hazırlanması, yenilənməsi və nəzarətdə saxlanılması;
- Çöl və kameral işlərin keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
- Müxtəlif miqyaslı topoqrafik planların, sxem və xəritələrin hazırlanması;
- Layihələrin icrası üçün tələb olunan ölçmə məlumatlarının toplanması və sistemləşdirilməsi;
- Geodeziya avadanlıqlarının düzgün istifadəsi və qeydiyyatının aparılması;
- Tikinti və mühəndislik layihələri üzrə topoqrafik dəstəyin göstərilməsi.
Tələblər:
- Topoqrafiya, geodeziya, yerquruluşu, mədən mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə iş təcrübəsi üstünlük hesab olunur;
- Geodeziya ölçmə metodları və topoqrafik işlərin aparılması üzrə nəzəri və praktiki biliklər;
- MS Office proqramlarından istifadə bacarığı;
- Aşağıdakı proqram və avadanlıqlarla işləmək üzrə sertifikatların olması arzuolunandır (AutoCAD, Surpac, Micromine, GPS sistemləri, Elektron taxeometr, Lazer skaner, Dron texnologiyaları);
- İngilis dili biliyi arzuolunandır.
İş şəraiti və şərtləri:
- İş yeri: Gədəbəy və Ağdərə (Dəmirli)
- İş qrafiki: Növbəli rejim
Biz təklif edirik?
- Gədəbəy və Ağdərə (Dəmirli) iş sahələri üzrə yaşayış və qidalanma təminatı;
- Tibbi sığorta;
- Rəqabətqabiliyyətli əməkhaqqı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Topoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.