AAI
AIMC (Azerbaijan International Mining Company)

Kiçik Topoqraf (Gədəbəy & Ağdərə)

Опубликовано 1 дн. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Категория
Здравоохранение

О должности

Vəzifə öhdəlikləri:

  • Topoqrafik və geodeziya işlərinin təşkili və icrasının təmin edilməsi;
  • Sahə ölçmə işlərinin norma və texniki təlimatlara uyğun aparılması;
  • Ölçmə nəticələrinin işlənməsi, texniki hesabatların və qeydiyyat sənədlərinin hazırlanması;
  • GPS, elektron taxeometr və digər geodeziya avadanlıqları vasitəsilə koordinat və nöqtələrin müəyyən edilməsi;
  • Topoqrafik plan və xəritələrin hazırlanması, yenilənməsi və nəzarətdə saxlanılması;
  • Çöl və kameral işlərin keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
  • Müxtəlif miqyaslı topoqrafik planların, sxem və xəritələrin hazırlanması;
  • Layihələrin icrası üçün tələb olunan ölçmə məlumatlarının toplanması və sistemləşdirilməsi;
  • Geodeziya avadanlıqlarının düzgün istifadəsi və qeydiyyatının aparılması;
  • Tikinti və mühəndislik layihələri üzrə topoqrafik dəstəyin göstərilməsi.

Tələblər:

  • Topoqrafiya, geodeziya, yerquruluşu, mədən mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə iş təcrübəsi üstünlük hesab olunur;
  • Geodeziya ölçmə metodları və topoqrafik işlərin aparılması üzrə nəzəri və praktiki biliklər;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Aşağıdakı proqram və avadanlıqlarla işləmək üzrə sertifikatların olması arzuolunandır (AutoCAD, Surpac, Micromine, GPS sistemləri, Elektron taxeometr, Lazer skaner, Dron texnologiyaları);
  • İngilis dili biliyi arzuolunandır.

İş şəraiti və şərtləri:

  • İş yeri: Gədəbəy və Ağdərə (Dəmirli)
  • İş qrafiki: Növbəli rejim

Biz təklif edirik?

  • Gədəbəy və Ağdərə (Dəmirli) iş sahələri üzrə yaşayış və qidalanma təminatı; 
  • Tibbi sığorta;
  • Rəqabətqabiliyyətli əməkhaqqı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Topoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: