X XırmanXırman

Kommersiya Direktoru

Posted 1 d ago Source
HR
Monthly salary
Salary negotiable
Application deadline
19 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri:

  • Şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
  • Satış, marketinq və müştəri münasibətləri proseslərini idarə etmək;
  • Satış hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və yeni inkişaf imkanlarını müəyyən etmək;
  • Gəlirlərin və mənfəətliliyin artırılması üçün tədbirlər planı hazırlamaq;
  • Kommersiya büdcəsinin hazırlanması və idarə olunmasını təmin etmək;
  • Satış komandalarının fəaliyyətini qiymətləndirmək və inkişaf etdirmək;
  • Müştərilər, distribyutorlar və strateji tərəfdaşlarla danışıqlar aparmaq;
  • Kommersiya göstəricilərinin (satış, marja, bazar payı və s.) təhlilini həyata keçirmək və rəhbərliyə hesabat təqdim etmək;
  • CRM və digər kommersiya sistemlərinin effektiv istifadəsini təmin etmək.
  • Satış və marketinq performansının mütəmadi analizi və KPI-lar əsasında hesabatlılığın təmin edilməsi;
  • Logistika, istehsalat və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi.

Tələblər

  • Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Kommersiya, satış və ya biznesin inkişafı sahəsində minimum 5-7 il rəhbər vəzifədə iş təcrübəsi;
  • FMCG, qida və ya istehsalat sektorunda təcrübəyə üstünlük verilir;
  • Strateji planlaşdırma və komanda idarəetmə bacarığı;
  • Maliyyə göstəricilərini və satış analitikasını oxumaq və təhlil etmək bacarığı;
  • Azərbaycan dili sərbəst, rus dili və ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı.

Şəxsi keyfiyyətlər

  • Liderlik və qərarvermə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat qabiliyyəti;
  • Analitik düşüncə və nəticəyönümlülük;
  • Danışıqlar aparmaq və komandaya motivasiya vermək bacarığı.

Təklif edirik:

  • Azərbaycanın köklü və dinamik inkişaf edən istehsal şirkətlərindən birində rəhbər vəzifədə çalışma imkanı;
  • Strateji qərarların qəbulunda aktiv iştirak;
  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
  • Rəqabətədavamlı əmək haqqı və motivasiya sistemi.
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 (İstehsalat bazası);
  • Əmək haqqı: Bazar rəqabətinə uyğun əmək haqqı (namizədin bilik, təcrübə və peşəkar kompetensiyalarına uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək).

CV-nizi mövzu hissəsində “Kommersiya Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə: +994 55 293 13 39

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
X Xırman
Xırman
Emal sənayesi

Similar jobs

See all
Apply