Xırman Kommersiya Direktoru
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Satış, marketinq və müştəri münasibətləri proseslərini idarə etmək;
- Satış hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və yeni inkişaf imkanlarını müəyyən etmək;
- Gəlirlərin və mənfəətliliyin artırılması üçün tədbirlər planı hazırlamaq;
- Kommersiya büdcəsinin hazırlanması və idarə olunmasını təmin etmək;
- Satış komandalarının fəaliyyətini qiymətləndirmək və inkişaf etdirmək;
- Müştərilər, distribyutorlar və strateji tərəfdaşlarla danışıqlar aparmaq;
- Kommersiya göstəricilərinin (satış, marja, bazar payı və s.) təhlilini həyata keçirmək və rəhbərliyə hesabat təqdim etmək;
- CRM və digər kommersiya sistemlərinin effektiv istifadəsini təmin etmək.
- Satış və marketinq performansının mütəmadi analizi və KPI-lar əsasında hesabatlılığın təmin edilməsi;
- Logistika, istehsalat və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi.
Tələblər
- Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Kommersiya, satış və ya biznesin inkişafı sahəsində minimum 5-7 il rəhbər vəzifədə iş təcrübəsi;
- FMCG, qida və ya istehsalat sektorunda təcrübəyə üstünlük verilir;
- Strateji planlaşdırma və komanda idarəetmə bacarığı;
- Maliyyə göstəricilərini və satış analitikasını oxumaq və təhlil etmək bacarığı;
- Azərbaycan dili sərbəst, rus dili və ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı.
Şəxsi keyfiyyətlər
- Liderlik və qərarvermə bacarığı;
- Güclü ünsiyyət və təqdimat qabiliyyəti;
- Analitik düşüncə və nəticəyönümlülük;
- Danışıqlar aparmaq və komandaya motivasiya vermək bacarığı.
Təklif edirik:
- Azərbaycanın köklü və dinamik inkişaf edən istehsal şirkətlərindən birində rəhbər vəzifədə çalışma imkanı;
- Strateji qərarların qəbulunda aktiv iştirak;
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
- Rəqabətədavamlı əmək haqqı və motivasiya sistemi.
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 (İstehsalat bazası);
- Əmək haqqı: Bazar rəqabətinə uyğun əmək haqqı (namizədin bilik, təcrübə və peşəkar kompetensiyalarına uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək).
CV-nizi mövzu hissəsində “Kommersiya Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: +994 55 293 13 39
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
X 

Xırman
Emal sənayesi