Kommunal xidmətləri üzrə mütəxəssis
Posted 2 d ago Source ↗
Category Sales
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Kommunal məsələləri ilə bağlı sənədləşmə işlərinin aparılması;
- İcarədə olan obyektlərin sahibləri ilə əlaqələrin qurulması, yaranan problemlərin vaxtında həll edilməsi;
- İcarədə olan obyektlərin su, qaz, istilik, elektrik enerjisinin daimi, fasiləsiz təmin olunmasının təşkili, ərazinin və binanın işıqlandırılmasının təmin edilməsi;
- Pərakəndə satış məntəqələrində, anbarlarda və inzibati binalarda kommunal təsərrüfatın fasiləsizliyinin təmin edilməsi;
- Kommunal xidmətləri ilə bağlı dövlət orqanları ilə işlənilməsi;
- Resurs təchizatı (su, elektrik, istilik) və xidmət (zibillərin daşınması, lift xidmətləri) təşkilatları ilə müqavilələrin bağlanılmasının təşkili edilməsi;
- Nəzarət cihazlarının (sayğacların-qaz, elektrik, su) quraşdırılmasında iştirak edilməsi (quraşdırılması, sökülməsi);
- Pərakəndə satış məntəqələrində, anbarlarda və inzibati binalarda quraşdırılmış monitorinq cihazlarının (sayğacların) göstəricilərinin aylıq uçotlarının aparılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi.
Tələblər
- Ali təhsil;
- Kommunal xidmətlər (elektrik, su, qaz, tullantıların idarə olunması) sahəsində əsas prosedurlar üzrə bilik;
- Podratçı şirkətlərlə işləmək və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək, sənəd dövriyyəsi və arxivləşdirmə üzrə bilik;
- Tələb olunan sahələrdə minimum 2–3 il iş təcrübəsi;
- Diqqətlilik, məsuliyyətlilik, analitik düşüncə və müstəqil qərarvermə bacarığı.
İş şəraiti:
- İş günləri: 5 iş günü, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00
Vakansiya növü - Tam ştat
Əmək haqqı - 1200 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…