PM Legal MMC Korporativ hüquqşünas
Posted 16 h ago Source ↗
Category Legal
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş barədə məlumat
- Şirkətimizin hüquqi xidmətlərinin göstərilməsi və korporativ hüquq istiqaməti üzrə işlərin peşəkar şəkildə icra edilməsi məqsədilə Korporativ hüquqşünas axtarırıq.
- Əsas vəzifə öhdəlikləri
- Müxtəlif növ mülki-hüquqi və kommersiya müqavilələrinin, əlavə sazişlərin və digər əqdlərin hazırlanması, hüquqi ekspertizası və müqavilə risklərinin müəyyən edilməsi
- Müştərilər və qarşı tərəflər tərəfindən təqdim olunan müqavilələrə, protokollara, təhvil-təslim aktlarına və digər hüquqi sənədlərə rəy verilməsi
- Müqavilə danışıqlarında iştirak edilməsi, hüquqi mövqenin əsaslandırılması və müqavilə şərtlərinin qarşı tərəflə razılaşdırılması
- Qanunvericilik üzrə araşdırmaların aparılması, hüquqi rəylərin, arayışların, memorandumların və praktiki tövsiyələrin hazırlanması
- Təsisçi və iştirakçı qərarlarının, ümumi yığıncaq protokollarının, etibarnamələrin, daxili qaydaların və digər korporativ sənədlərin hazırlanması
- Əmək müqavilələrinin, əmrlərin, vəzifə təlimatlarının, məxfilik və maddi məsuliyyət sənədlərinin hazırlanması və əmək münasibətləri üzrə hüquqi dəstəyin göstərilməsi
- Əcnəbi əməkdaşlar üçün iş icazəsinin, müvəqqəti yaşama icazəsinin və olduğu yer üzrə qeydiyyatın alınması, uzadılması və ləğvi proseslərinin aparılması
- Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti dövlət qurumları ilə yazışmaların və müraciətlərin hazırlanması, sənədlərin təqdim edilməsinin təşkili
- Pretenziya məktublarının, rəsmi sorğuların, cavab məktublarının, ərizə və digər hüquqi yazışmaların hazırlanması
- Müştərilərə korporativ, müqavilə, əmək və miqrasiya hüququ üzrə gündəlik hüquqi məsləhət və operativ dəstəyin göstərilməsi
- Hüquqi audit və due diligence proseslərində iştirak edilməsi, hüquqi uyğunsuzluqların və risklərin müəyyən olunaraq hesabatlaşdırılması
- Qanunvericilikdəki dəyişikliklərin, tapşırıqların və hüquqi müddətlərin izlənilməsi, görülmüş işlər üzrə hesabatların hazırlanması
İş şəraiti
- İş qrafiki: 09:00-18:00
- İş günləri: Həftədə 5 gün
- Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Namizədə tələblər
- Ali hüquq təhsili
- Korporativ və ya kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi
- Mülki, müqavilə, korporativ, əmək və miqrasiya qanunvericiliyi üzrə güclü nəzəri və praktiki biliklər
- Müqavilə və digər hüquqi sənədlərin müstəqil hazırlanması, təhlili və hüquqi risklərin düzgün qiymətləndirilməsi bacarığı
- Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət,
- Microsoft Office proqramları, elektron hökumət portalları və dövlət qurumlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı
- Məhkəmə və mübahisələrin həlli sahəsində iş təcrübəsi üstünlükdür
Şəxsi bacarıqlar
- Analitik və hüquqi düşünmə, məlumatları sistemləşdirmə və əsaslandırılmış nəticə çıxarma bacarığı
- Yüksək yazılı və şifahi kommunikasiya, danışıqlar aparmaq və hüquqi mövqeni aydın təqdim etmək bacarığı
- Detallara diqqət, dəqiqlik və sənədlərlə işləyərkən yüksək məsuliyyət
- Tapşırıqları prioritetləşdirmək, son müddətlərə riayət etmək və düzgün zaman idarəetməsi
- Məxfilik prinsiplərinə riayət, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı
Biz sizə nə təklif edirik?
- Müxtəlif sahələr üzrə yerli və beynəlxalq korporativ layihələrdə iştirak imkanı
- Müqavilə, korporativ, əmək və miqrasiya hüququ üzrə praktiki biliklərin davamlı inkişafı
- Peşəkar hüquq komandası ilə işləmək və daxili təlimlərdə iştirak etmək imkanı
- Stabil, peşəkar və inkişafyönümlü korporativ iş mühiti
- Bilik və nəticələrə əsaslanan karyera inkişafı perspektivləri
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
PL 

PM Legal MMC