Shahdag Mountain Resort CJSC Korporativ Satış Meneceri
About this role
Əsas vəzifələr:
Potensial və mövcud müştərilərlə görüşlər keçirmək, təqdimatlar təşkil etmək və kommersiya təklifləri hazırlamaq;
Müştəri ehtiyaclarını müəyyən etmək, uyğun həllər təqdim etmək və satış prosesini tam idarə etmək;
Müqavilələr hazırlamaq, danışıqlar aparmaq və satışları uğurla bağlamaq;
Satış planını icra etmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək;
Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq;
Marketinq və digər şöbələrlə sıx əməkdaşlıq etmək, satış strategiyasını həyata keçirmək;
Şirkəti yerli və beynəlxalq tədbirlərdə təmsil etmək və korporativ əlaqələri genişləndirmək.
Tələblər:
Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və yazılı kommunikasiya bacarığı;
Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştəri yönümlü, nəticəyönümlü və analitik düşüncə tərzi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Yüksək ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Biz təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
Əmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və digər üstünlüklər;
Peşəkar və dinamik iş mühiti.
Karyeranızda yeni addım atmağa hazırsınızsa, CV-nizi "Korporativ Satış Meneceri" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.
Sizi komandamızda görməkdən məmnun olarıq!
