SMR Shahdag Mountain Resort CJSCShahdag Mountain Resort CJSC

Korporativ Satış Meneceri

4 saat əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
6 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Əsas vəzifələr:

  • Potensial və mövcud müştərilərlə görüşlər keçirmək, təqdimatlar təşkil etmək və kommersiya təklifləri hazırlamaq;

  • Müştəri ehtiyaclarını müəyyən etmək, uyğun həllər təqdim etmək və satış prosesini tam idarə etmək;

  • Müqavilələr hazırlamaq, danışıqlar aparmaq və satışları uğurla bağlamaq;

  • Satış planını icra etmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək;

  • Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq;

  • Marketinq və digər şöbələrlə sıx əməkdaşlıq etmək, satış strategiyasını həyata keçirmək;

  • Şirkəti yerli və beynəlxalq tədbirlərdə təmsil etmək və korporativ əlaqələri genişləndirmək.

Tələblər:

  • Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;

  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və yazılı kommunikasiya bacarığı;

  • Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı;

  • Müştəri yönümlü, nəticəyönümlü və analitik düşüncə tərzi;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Yüksək ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

​​​​​​​​​​​​​​Biz təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;

  • Əmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və digər üstünlüklər;

  • Peşəkar və dinamik iş mühiti.

Karyeranızda yeni addım atmağa hazırsınızsa, CV-nizi "Korporativ Satış Meneceri" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.

Sizi komandamızda görməkdən məmnun olarıq!

SMR Shahdag Mountain Resort CJSC
Shahdag Mountain Resort CJSC

Oxşar vakansiyalar

Hamısına bax