THTextile Horizon MMC

Laborant (Ucar)

Posted 12 h ago Source
Agriculture
Monthly salary
Salary negotiable
Application deadline
13 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • İşəgötürən: Textile - Horizon MMC
  • Struktur: Ucar Pambıq Emalı Zavodu
  • Birbaşa rəhbər: Zavod rəhbəri
  • İş yeri: Ucar
  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)

Textile Horizon MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla xam pambıqdan hazır geyim məhsullarına qədər tekstil istehsalının bütün mərhələlərini bir araya gətirəcək iri həcmli tekstil istehsalı kompleksi yaradır. Bu layihə ilə Azərbaycanda ilk inteqrasiya olunmuş tekstil klasterinin formalaşdırılması nəzərdə tutulur. İplik istehsalı, parça istehsalı, boyama prosesləri əsas istehsal istiqamətləridir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Xammal və məhsuldan nümunələr götürmək və analizlər aparmaq.
  • Pambıq və mahlıcın nəmliyi, çirkliliyi, lif göstəricilərini təyin etmək.
  • Analiz nəticələrini qeydə almaq və baş laboranta təqdim etmək.
  • Laboratoriya avadanlığından düzgün istifadə etmək və təmiz saxlamaq.
  • Reaktivlərin uçotunu və düzgün saxlanmasını təmin etmək.
  • Təhlükəsizlik və gigiyena qaydalarına əməl etmək.

Vəzifə tələbləri:

  • Orta ixtisas və ya ali təhsil (Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Tekstil mühəndisliyi, Aqronomluq və ya digər uyğun ixtisas).
  • Laboratoriyada minimum 1 il iş təcrübəsi. 
  • Laborator analiz metodları; 
  • Pambığın keyfiyyət göstəriciləri və onların təyini üsulları; 
  • Laboratoriya cihazlarının istifadə qaydaları; 
  • Ölçmə vasitələri ilə işləmə bacarığı; 
  • Laboratoriya sənədləşməsi; 
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydaları; 
  • MS Office proqramlarında (xüsusilə Excel və Word) ilkin səviyyədə işləmək bacarığı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Laborant (Ucar)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

TH
Textile Horizon MMC

Similar jobs

See all
Apply