THTextile Horizon MMC

İnsan Resursları və inzibati işlər üzrə mütəxəssis (Ucar)

Posted 20 h ago Source
HR
Monthly salary
Salary negotiable
Application deadline
16 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: İR və İnzibati işlər departamenti
  • Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri
  • İş yeri: Ucar Pambıq Emalı Zavodu 
  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);

Textile Horizon MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla xam pambıqdan hazır geyim məhsullarına qədər tekstil istehsalının bütün mərhələlərini bir araya gətirəcək iri həcmli tekstil istehsalı kompleksi yaradır. Bu layihə ilə Azərbaycanda ilk inteqrasiya olunmuş tekstil klasterinin formalaşdırılması nəzərdə tutulur. İplik istehsalı, parça istehsalı, boyama prosesləri əsas istehsal istiqamətləridir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Ucar Pambıq Emalı Zavodunda HR əməliyyatlarının (işə qəbul, işdən çıxma, məzuniyyət, ezamiyyət, davamiyyət) tam dövriyyəsinin idarəedilməsi
  • Əmək müqavilələrinin, əlavə razılaşmaların və xitam sənədlərinin vaxtında və düzgün tərtibi.
  • ƏMAS sisteminə məlumatların daxil edilməsi və yoxlanılması.İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və HR Audit üçün hazır saxlanılması.
  • Şəxsi məlumatların konfidensiallığının qorunması və məlumat təhlükəsizliyi qaydalarına riayət.
  • Müsahibələrin təşkili, nəticələrin sənədləşdirilməsi və seçilmiş namizədlərlə rəsmi kommunikasiyanın aparılması
  • Davamiyyət tabellərinin hazırlanması, yoxlanılması və aylıq hesabatların təqdim olunması.
  • Məzuniyyət planının illik əsasda formalaşdırılması və faktiki icrasına nəzarət.
  • 1C proqramında əməkdaşların iş qrafiklərinin, SR və PR sorğularının yaradılması və alış prosesinin sonadək izlənməsi. 
  • HR sənədlərinin korporativ standartlara uyğun arxivləşdirilməsi və elektron sistemdə saxlanılması.

Vəzifə tələbləri:

  • Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə üstünlükdür)
  • İR sahəsində ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə ( ƏMAS; İSB; ) işləmə bacarığı
  • Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı
  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
  • 1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “İnsan Resursları və inzibati işlər üzrə mütəxəssis (Ucar) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

TH
Textile Horizon MMC

Similar jobs

See all
Apply