Zayam Technologies Park Laboratoriya rəhbəri-Şəmkir
About this role
Azmade Group -a daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Mühəndis konstruktor” axtarışındadır.
Tələblər:
Təhsil: müvafiq sahədə Ali təhsil
İş təcrübəsi: mühəndis konstruktor kimi 3 il (Tikinti layihələri, metal konstruksiya sahələrində)
MS office yaxşı səviyyədə bilməli
Dinamik, komanda ilə işləməyi bacaran
Hesabat hazırlama və analiz etmə bacarığı;
Yaxşı ünsiyyət, nəticəyönümlülük və komandada ilə işləmək bacarığı;
Metal konstruksiya işlərindən anlayışlı olmalı;
AUTOCAD, TEKLA, SOLIDWORKS proqramlarında işləmək bacarığı;
Əmək haqqı razılaşma yolu ilə;
İş öhdəlikləri:
Çizgilərin kompyuterdə mühəndis proqramlarında çəkilməsi və başqa texniki sənədləri tərtib edilməsini təmin etmək;
Layihənin təhlilinə və hesabatların hazırlanmasına kömək etmək, layihə ilə əlaqədar bütün suallar/ izahlar və paketlərlə bağlı təsdiqləri əldə etmək;
Layihə işlərini yaxşılaşdırmaq, səmərəli və dayanıqlı etmək üçün düzgün konstruktiv həllin seçilməsini təmin etmək;
Layihə üzrə texniki hesablamaları aparmaq;
İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
Konstruktiv hesabatların aparılması, Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
İş şəraiti
İş qrafiki: 5 günlük iş rejimi
Saat - 09:00-18:00 iş saatları
13:00-14:00 nahar fasiləsi
İş yeri: Bakı şəhəri, Şəmkir rayonu
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Mühəndis konstruktor” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
