Laboratoriyaya nəzarət üzrə mütəxəssis
Work mode Full-time Experience 3–5 years Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Podratçı xidmət göstərdiyi laboratoriyanın müvafiq beynəlxalq və yerli standartlara (ISO 17025, İSO 9001, İSO 14001, İSO 45001 və s.) uyğun işləməsinə nəzarət etmək;
- Laboratoriyada istifadə olunan analiz metodlarının doğruluğunu və etibarlılığını yoxlamaq.
- Sınaq və analizlərin müvafiq prosedurlara uyğun aparıldığını təsdiq etmək.
- Laborator sınaqlarda avadanlığın kalibrləmə və keyfiyyət nəzarəti ilə bağlı sənədləşməsini yoxlamaq.
- Laboratoriyada aparılan sınaq və analiz proseslərini yoxlamaq;
- Laboratoriyada aparılan kimyəvi, fiziki və mineroloji nalaizlərin spesifikasiyalara uyğun olmasına nəzarət etmək;
- Analizlərdə kənara çıxmalar olduqda podratçı ilə birgə araşdırmalar aparmaq və düzəldici tədbirlərin görülməsini təmin etmək.
- Müxtəlif analitik metodlardan istifadə edərək proseslə uyğunluğunu yoxlamaq;
- Daxili sənədlərin hazırlanmasında iştirak etmək;
- Laboratoriyada istifadə edilən cihazların vaxtlı-vaxtında texniki baxış edilməsinə nəzarət etmək;
- Podratçının istifadə etdiyi ölçmə cihazlarının kalibrlənməsini və düzgün işləməsini yoxlamaq;
- Laboratoriya işləri ilə bağlı audit sənədlərinin və hesabatlarının hazırlanması.
- Laboratoriya fəaliyyətinə dair zəruri hesabatlarının tərtib edilməsi.
- Beynəlxalq və yerli standartların tələblərin tətbiqindəki uyğunsuzluqlar barədə rəhbərliyə hesabat
- Nümunələrin düzgün götürülməsinə, qeydiyyatı və izlənməsini yoxlamaq;
- Laboratoriyaya daxil olan nümunə saylarına, aparılan sınaq və analizlərin saylarına, növlərinə və tipinə nəzarət etmək, statistik məlumatlar toplamaq və hesabat hazırlamaq;
- Laboratoriya sınaq və analiz nəticələrinin statistikasını aparmaq və prosesin inkişafı üçün tövsiyələr vermək
Xüsusi tələblər
- Azərbaycan dili səlis, İngilis və Rus dilini orta səviyyədə bilməli;
- MS Office proqramlarından orta səviyyədə işləmə bacarığı;
- Ali təhsil( Kimya mühəndisliyi, analitik kimya, geokimya, dağ-mədən mühəndisliyi, laboratoriya elmləri və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;
- Mədən və ya laboratoriya sahəsi üzrə minimum 3 il iş təcrübəsi.
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
AzerGold