DİM Dövlət İmtahan MərkəziDövlət İmtahan Mərkəzi

Layihələrin idarə edilməsi üzrə aparıcı məsləhətçi

Bakı Posted 1 h ago Source
Full-time 1–3 years Sales
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiyanın təsviri

  • Rəqəmsal inkişaf layihələrinin planlaşdırılmasını, əlaqələndirilməsini və icrasını təmin etmək; 
  • Rəqəmsallaşma layihələrində maraqlı tərəflərlə və müvafiq struktur bölmələrlə keçirilən görüşlərdə iştirak etmək; 
  • Rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və icrasında iştirak etmək; 
  • Mərkəzin rəqəmsal inkişaf layihələrinin və proqramlarının hazırlanması və əlaqələndirilməsində, həmçinin Mərkəz səviyyəsində yanaşma, strategiya və tədbirlər planlarının tərtibində iştirak formalaşdırılmasına dəstək göstərmək və rəqəmsallaşma strategiyasının formalaşdırılmasına dəstək göstərmək;
  • Layihələrin icrasına nəzarət etmək, riskləri izləmək, layihə hesabatlarını hazırlamaq və layihə idarəetməsi metodologiyasının tətbiqinə dəstək vermək; 
  • Mərkəzdə rəqəmsal inkişaf istiqamətində görülən işlərin gedişatı barədə məlumatların alınması, irəliləyişin sinxronlaşdırılması və yaranan çətinliklərin aradan qaldırılması üçün mümkün maneələrin müəyyənləşdirilməsi; 
  • Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək; 
  • Zərurət yarandıqda Mərkəzin təşkil etdiyi imtahan, müsahibə və digər tədbirlərdə daxili qaydalara uyğun olaraq iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.); 
  • Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.

Xüsusi tələblər

  • Ali təhsil (layihələrin idarə edilməsi, informasiya texnologiyaları, informasiya sistemləri, kompüter mühəndisliyi, sistem analizi, rəqəmsal transformasiya və ya digər uyğun ixtisaslar üzrə); 
  • Layihə idarəçiliyi sahəsi üzrə minimum 2 il iş təcrübəsi; 
  • Azərbaycan dili-yüksək səviyyə, ingilis dili B1; 
  • Kompleks layihələrin planlaşdırılması və əlaqələndirilməsi bacarığı; 
  • İstifadəçi tələblərini toplamaq, sənədləşdirmək və layihə komandaları ilə koordinasiya etmək bacarığı; 
  • Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür; 
  • Jira, Confluence, Microsoft Project, Miro və digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı; 
  • Planlaşdırma, analitik düşüncə, problem həll etmə, məsuliyyətlilik, təşəbbüskarlıq,  nəticəyönümlülük, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı; 


Müraciət qaydası: 

Namizədlər 24 iyul 2026-cı il tarixinədək https://portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “Layihə_aparıcı məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.

Müraciət üçün (CV): https://portal.dim.gov.az/HR/
DİM Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzi

Similar jobs

See all
Apply