Layihələrin idarə edilməsi üzrə aparıcı məsləhətçi
Режим работы Полная занятость Опыт 1–3 года Категория Продажи
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Rəqəmsal inkişaf layihələrinin planlaşdırılmasını, əlaqələndirilməsini və icrasını təmin etmək;
- Rəqəmsallaşma layihələrində maraqlı tərəflərlə və müvafiq struktur bölmələrlə keçirilən görüşlərdə iştirak etmək;
- Rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanmasında və icrasında iştirak etmək;
- Mərkəzin rəqəmsal inkişaf layihələrinin və proqramlarının hazırlanması və əlaqələndirilməsində, həmçinin Mərkəz səviyyəsində yanaşma, strategiya və tədbirlər planlarının tərtibində iştirak formalaşdırılmasına dəstək göstərmək və rəqəmsallaşma strategiyasının formalaşdırılmasına dəstək göstərmək;
- Layihələrin icrasına nəzarət etmək, riskləri izləmək, layihə hesabatlarını hazırlamaq və layihə idarəetməsi metodologiyasının tətbiqinə dəstək vermək;
- Mərkəzdə rəqəmsal inkişaf istiqamətində görülən işlərin gedişatı barədə məlumatların alınması, irəliləyişin sinxronlaşdırılması və yaranan çətinliklərin aradan qaldırılması üçün mümkün maneələrin müəyyənləşdirilməsi;
- Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək;
- Zərurət yarandıqda Mərkəzin təşkil etdiyi imtahan, müsahibə və digər tədbirlərdə daxili qaydalara uyğun olaraq iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Xüsusi tələblər
- Ali təhsil (layihələrin idarə edilməsi, informasiya texnologiyaları, informasiya sistemləri, kompüter mühəndisliyi, sistem analizi, rəqəmsal transformasiya və ya digər uyğun ixtisaslar üzrə);
- Layihə idarəçiliyi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili-yüksək səviyyə, ingilis dili B1;
- Kompleks layihələrin planlaşdırılması və əlaqələndirilməsi bacarığı;
- İstifadəçi tələblərini toplamaq, sənədləşdirmək və layihə komandaları ilə koordinasiya etmək bacarığı;
- Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
- Jira, Confluence, Microsoft Project, Miro və digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı;
- Planlaşdırma, analitik düşüncə, problem həll etmə, məsuliyyətlilik, təşəbbüskarlıq, nəticəyönümlülük, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı;
Müraciət qaydası:
Namizədlər 24 iyul 2026-cı il tarixinədək https://portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “Layihə_aparıcı məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.
Müraciət üçün (CV): https://portal.dim.gov.az/HR/DİM 
Dövlət İmtahan Mərkəzi