Mitsulift MMC Lift texnik köməkçisi
About this role
Mitsulift MMC-dan vakansiya: Lift texnik köməkçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Liftlərə texniki xidmətin göstərilməsi
– Müxtəlif ünvanlarda yerləşən liftlərə texniki baxışın aparılması
– Lift hissələrinin yağlanması, təmizlənməsi, bolt və qaykaların sıxılması və s.
Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: Ümumilikdə təcrübəli olması əsas deyil, iş öyrədiləcəkdir
– Cins: Bəy namizəd;
– Texnik sahəsində bilikli olması üstünlükdür
– Lift sahəsində anlayışı olması üstünlükdür
İş rejimi:
– İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü, qısaldılmış iş rejimi)
– İş vaxtı: 09.00-dan 17.00-kimi
– Xüsusi və rahat iş forması ilə təmin olunur.
– Şəhər mərkəzinə yaxın qalan şəxslərə üstünlük veriləcək
Əmək haqqı:
– Aylıq məvacib 500 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Lift texnik köməkçisi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
