Rəvan Commers MMC Maliyyə meneceri
About this role
Tələblər:
Ali İqtisadi təhsil (Maliyyə, Mühasibatlıq və ya Audit ixtisasları üzrə təhsil arzuolunandır);
Analoji sahədə ən azı 2 il iş təcrübəsi (FMCG müəssisəsində iş təcrübəsi arzuolunandır);
Beynəlxalq sertifiklar(ACCA) arzuolunandır;
Mühasibatlıq və maliyyə sahəsi ilə bağlı mükəmməl qanunvericilik biliklərinə malik olmalı;
Azərbaycan dilini yüksək səviyyədə bilməli (Rus və ya İngilis dili biliyi arzuolunandır);
Microsoft Excel proqramında peşəkar istifadəçi səviyyəsində işləmə bacarığı olmalı;
Yaş: 24-30
İş barədə məlumat:
Maliyyə göstəriciləri barədə hesabatların hazırlanması və analizlərinin aparılması;
Xərclərin səmərəliliyinin təhlili və xərclərin optimallaşdırılması planı üzrə təkliflərin hazırlanması;
Biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmamazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi;
Şirkətin debitor və kreditorlara görə üzləşdiyi risklərin azaldılmasına nəzarət;
Debitor və kreditor borcları üzrə ümumi nəzarətin həyata keçirilməsi;
Banklarla işin təşkili.
Brendlər/ Təchizatçlar üzrə hesabatların hazırlanması
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu qismində "Maliyyə meneceri" sözünün yazılması mütləqdir!
