Maliyyə meneceri
Posted 14 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
“Nardaran İnvest” MMC Maliyyə meneceri vakansiyasını elan edir!
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Şirkətdə idarəetmə uçotu və maliyyə nəzarəti sisteminin qurulması və inkişaf etdirilməsi;
- Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərinin hazırlanması və tətbiqi;
- İllik büdcənin hazırlanması, icrasına nəzarət və kənarlaşmaların təhlili;
- Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması və təhlili;
- Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və nəzarəti;
- Food Cost, Beverage Cost, Labor Cost və digər əməliyyat xərclərinin təhlili və optimallaşdırılması;
- Satışlar, rentabellik və digər əsas maliyyə göstəricilərinin təhlili;
- Satınalmalar, anbar qalıqları və ehtiyatların dövriyyəsinə nəzarət;
- Maliyyə modellərinin hazırlanması, investisiya layihələrinin və yeni restoranların maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
- Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
- Mühasibatlıq, əməliyyat, satınalma və restoran rəhbərləri ilə sıx əməkdaşlıq;
- Maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması.
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə, xüsusilə restoran sahəsində 3 illik təcrübə;
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Rus dili biliyi mütləqdir.
Əlavə məlumat:
- İş vaxtı: 5/2.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
- Könüllü tibbi sığorta.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV göndərə bilərlər.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
Nardaran İnvest