Nardaran İnvestNardaran İnvest

Maliyyə meneceri

14 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
31 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Nardaran İnvestMMC Maliyyə meneceri vakansiyasını elan edir!

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə idarəetmə uçotu və maliyyə nəzarəti sisteminin qurulması və inkişaf etdirilməsi;
  • Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərinin hazırlanması və tətbiqi;
  • İllik büdcənin hazırlanması, icrasına nəzarət və kənarlaşmaların təhlili;
  • Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması və təhlili;
  • Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və nəzarəti;
  • Food Cost, Beverage Cost, Labor Cost və digər əməliyyat xərclərinin təhlili və optimallaşdırılması;
  • Satışlar, rentabellik və digər əsas maliyyə göstəricilərinin təhlili;
  • Satınalmalar, anbar qalıqları və ehtiyatların dövriyyəsinə nəzarət;
  • Maliyyə modellərinin hazırlanması, investisiya layihələrinin və yeni restoranların maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
  • Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
  • Mühasibatlıq, əməliyyat, satınalma və restoran rəhbərləri ilə sıx əməkdaşlıq;
  • Maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə, xüsusilə restoran sahəsində 3 illik təcrübə;
  • Komandada işləməyi bacarmalı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Rus dili biliyi mütləqdir.

Əlavə məlumat:

  • İş vaxtı: 5/2.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
  • Könüllü tibbi sığorta.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV göndərə bilərlər.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
Nardaran İnvest
Nardaran İnvest

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et