CO
Company

İqtisadi və maliyyə məsələləri üzrə aparıcı mütəxəssis

15 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼4,000+
Müraciət et
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Vəzifə öhdəlikləri

  • İqtisadi, maliyyə və statistik məlumatların toplanması, emalı və təhlili;
  • Məlumatların (data) təhlili əsasında analitik arayışların, hesabatların və təqdimatların hazırlanması;
  • İqtisadi və maliyyə modellərinin tərtib edilməsi və ssenari təhlillərinin aparılması;
  • İqtisadi, maliyyə və statistik göstəricilər əsasında uzunmüddətli proqnozların hazırlanması;
  • Büdcə proqnozlarının hazırlanması və büdcə hesablamalarının aparılması;
  • Büdcə və maliyyə göstəricilərinin monitorinqi, təhlili və qiymətləndirilməsi;
  • Xərc-fayda və xərc-səmərəlilik təhlillərinin aparılması;
  • Beynəlxalq təcrübənin araşdırılması, müqayisəli təhlili və tətbiqi üzrə təkliflərin hazırlanması.

Tələblər

  • İqtisadiyyat, İqtisadi kibernetika, Maliyyə, statistika, mühasibat uçotu və ya digər müvafiq ixtisas üzrə bakalavr təhsili;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarını (xüsusilə MS Excel və MS Word) yüksək səviyyədə bilmək;
  • İqtisadi, maliyyə və statistik məlumatların təhlili, maliyyə modelləşdirilməsi və proqnozlaşdırma sahəsində bilik və bacarıqlara malik olmaq;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı ünsiyyət bacarığı;
  • Güclü analitik düşüncə, hesabat və təqdimat hazırlamaq bacarığı;
  • Komandada işləmək, təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük.
  • Hərbi xidmət başa vurmuş, hərbi xidmtədən möhlət hüquq olan və ya azad olmuş şəxslər

Vəzifə maaşı: 4000 manat

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Namizədlər CV-lərini e-mail vasitəsilə göndərərkən məktubun mövzu (Subject) hissəsində "İqtisadçı-maliyyəçi – [bakalavr qəbul balı]" formatını qeyd etməlidirlər (məsələn: İqtisadçı-maliyyəçi – 500 bal)

Oxşar vakansiyalar

: