CO
Company
İqtisadi və maliyyə məsələləri üzrə aparıcı mütəxəssis
Опубликовано 15 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
₼4,000+
- Категория
- Финансы
О должности
Vəzifə öhdəlikləri
- İqtisadi, maliyyə və statistik məlumatların toplanması, emalı və təhlili;
- Məlumatların (data) təhlili əsasında analitik arayışların, hesabatların və təqdimatların hazırlanması;
- İqtisadi və maliyyə modellərinin tərtib edilməsi və ssenari təhlillərinin aparılması;
- İqtisadi, maliyyə və statistik göstəricilər əsasında uzunmüddətli proqnozların hazırlanması;
- Büdcə proqnozlarının hazırlanması və büdcə hesablamalarının aparılması;
- Büdcə və maliyyə göstəricilərinin monitorinqi, təhlili və qiymətləndirilməsi;
- Xərc-fayda və xərc-səmərəlilik təhlillərinin aparılması;
- Beynəlxalq təcrübənin araşdırılması, müqayisəli təhlili və tətbiqi üzrə təkliflərin hazırlanması.
Tələblər
- İqtisadiyyat, İqtisadi kibernetika, Maliyyə, statistika, mühasibat uçotu və ya digər müvafiq ixtisas üzrə bakalavr təhsili;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarını (xüsusilə MS Excel və MS Word) yüksək səviyyədə bilmək;
- İqtisadi, maliyyə və statistik məlumatların təhlili, maliyyə modelləşdirilməsi və proqnozlaşdırma sahəsində bilik və bacarıqlara malik olmaq;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı ünsiyyət bacarığı;
- Güclü analitik düşüncə, hesabat və təqdimat hazırlamaq bacarığı;
- Komandada işləmək, təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük.
- Hərbi xidmət başa vurmuş, hərbi xidmtədən möhlət hüquq olan və ya azad olmuş şəxslər
Vəzifə maaşı: 4000 manat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Namizədlər CV-lərini e-mail vasitəsilə göndərərkən məktubun mövzu (Subject) hissəsində "İqtisadçı-maliyyəçi – [bakalavr qəbul balı]" formatını qeyd etməlidirlər (məsələn: İqtisadçı-maliyyəçi – 500 bal)