Maliyyə nəzarəti üzrə mütəxəssis
Work mode Full-time Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Gündəlik/həftəlik/aylıq/rüblük əsasda balans/balansdan kənar, mənfəət/zərər, digər aktiv/passiv hesabları üzrə nəzarət tədbirlərini icra etmək;
- Əməliyyat sistemində icra olunan qeyri-standart və əks müxabirləşmələrin monitorinqini aparmaq və şəffaflığına nəzarət etmək;
- Kredit, depozit, maliyyə institutları, qiymətli kağızlar və digər portfellər üzrə hesab qalıqlarının uyğunluğunu yoxlamaq;
- Əməliyyat sistemlərində icra olunan müxabirləşmələrin uçot tələblərinə uyğunluğunu yoxlamaq;
- Ay və il sonlarının bağlanması ilə bağlı nəzarət tədbirlərini icra etmək;
- Proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək;
- Aşkar edilmiş uyğunsuzluqlar üzrə məlumatları toplamaq, qeydiyyat etmək və izləmək;
- Düzəliş tədbirlərinin icrasından sonra nəticələri təkrar yoxlamaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
- Təhsil: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 2-3 il
- Lisenziya / Sertifikatlar: ACCA/CIA və ya digər peşəkar sertifikatların olması üstünlükdür
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office, SQL sorğularının hazırlanması və məlumatların təhlili üzrə biliklər
- Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər
- Bazar üzrə biliklər: Bank sektorunun əsas prinsipləri və maliyyə bazarları üzrə ümumi biliklər
- Başqa tələblər: Analitik düşüncə, detallara diqqət, komandada işləmək bacarığı, məsuliyyətlilik və etik davranış
PB 
PASHA Bank
Maliyyə və sığorta fəaliyyəti
2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə…