Marketinq Meneceri Təcrübə Proqramı (Product Marketing Internship)
About this role
Prospect Cloud ERP Azərbaycanda fəaliyyət göstərən, SaaS modeli əsasında Kiçik və Orta Bizneslər üçün ERP həlləri təqdim edən yerli İT şirkətidir. Bu gün 500-dən çox şirkət Prospect Cloud ERP platformasından istifadə edərək biznes proseslərini idarə edir.
Məhsulumuz bazarda unikal olduğundan, bu sahədə uğurlu marketinq aparmaq yalnız klassik marketinq bilikləri ilə mümkün deyil. Güclü məhsul biliyi, müştərini dərindən anlama və real biznes proseslərini analiz etmək bu işin əsas hissəsidir.
Bu məqsədlə 3 aylıq Product Marketing Təcrübə Proqramına iştirakçı qəbulu elan edirik.
Bu proqram marketinq sahəsində inkişaf etmək istəyən və real İT məhsulu üzərində praktiki təcrübə qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulub.
Bu proqram ərzində sənə standart marketinq deyil, İT məhsullarının necə bazara çıxarıldığı, necə mövqeləndirildiyi və necə satıldığı öyrədiləcək. Qeyd edək ki, təcrübə proqramını uğurla bitirib işə qəbul olunan namizədlər birbaşa Prospect Cloud ERP -in xarici bazara daxil olma strategiyasının hazırlanmasında iştirak edəcəklər.
Proqram müddətində əldə edəcəyiniz bilik və təcrübələr
- Product Marketing yanaşması və məhsulun bazarda düzgün mövqeləndirilməsi
- SaaS biznes modeli və ERP sistemlərinin iş prinsipi
- Məhsulu dərindən öyrənmək və bazar üstünlüklərinin müəyyənləşdirilməsi
- Müştəri ehtiyaclarının analizi və Buyer Persona hazırlanması
- Müştəri görüşlərində iştirak və real biznes ehtiyaclarının müşahidəsi
- Satış komandası ilə birgə müştəri görüşlərinə qoşulmaq
- Müştəri rəylərinin (Feedback) toplanması, analizi və məhsul inkişafına çevrilməsi
- Real müştəri problemlərinin araşdırılması və həll istiqamətlərinin hazırlanması
- Kontent strategiyasının hazırlanması
- LinkedIn, Instagram və digər platformalar üçün məhsul yönümlü kontentin hazırlanması
- Video məzmunun planlaşdırılması, ssenariləşdirilməsi və çəkiliş prosesində iştirak
- Məhsul təqdimatlarının hazırlanması
- Landing Page və satış yönümlü mətnlərin hazırlanması
- CRM və marketinq alətləri ilə işləmək
- AI alətlərindən marketinq proseslərində effektiv istifadə
- Marketinq kampaniyalarının planlaşdırılması və nəticələrinin ölçülməsi
- Real layihələr üzərində komanda ilə birgə işləmək
- Meta alətləri ilə işləmə bacarıqları,
- Google ADS, Google Search Consola, SEO Optimization və sair kimi reklam alətləri ilə işləmək.
Kimləri axtarırıq?
- Marketinq, Biznesin idarəedilməsi, Menecment, İqtisadiyyat və ya əlaqəli ixtisaslarda təhsil alan və ya yeni məzun namizədlər
- Marketinq sahəsində karyera qurmaq istəyən
- Analitik düşünmə qabiliyyətinə malik
- Araşdırma aparmağı sevən
- Məsuliyyətli, öyrənməyə açıq və təşəbbüskar
- Yazılı və şifahi ünsiyyət bacarığı yüksək olan
- Texnologiya və innovasiyaya maraq göstərən
Təklif edirik
- 3 aylıq ödənişsiz Product Marketing Təcrübə Proqramı
- Online formatda iştirak (hibrid iştirak imkanı mövcuddur)
- ERP və SaaS məhsullarının marketinqi üzrə praktiki biliklər
- Təcrübəli mentorlarla birbaşa işləmək imkanı
- Real biznes layihələrində iştirak
- Müştəri görüşlərində və məhsul təqdimatlarında iştirak
- Video kontent istehsalı və məhsul marketinqi sahəsində praktiki təcrübə
- Təcrübə proqramını uğurla başa vuran iştirakçılar üçün vakansiya yarandığı halda işə qəbul zamanı prioritet qiymətləndirilmə
- Təcrübə proqramının sonunda rəsmi sertifikat
Proqram haqqında
- Müddət: 3 ay
- İş rejimi: Online (hibrid iştirak imkanı mövcuddur)
- İştirak: Ödənişsiz
CV-nizi "Marketing Internship" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.