E EmsanEmsan

Marketinq Mütəxəssisi

Posted 6 h ago Source
Marketing
Monthly salary
Salary negotiable
Application deadline
22 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Əsas vəzifələr:

  • Şirkətin və brendlərin marketinq strategiyası, illik və aylıq planlarının hazırlanması və kampaniyaların icrasında iştirak etmək;

  • Reklam, promo, mövsümi və satış stimullaşdırıcı kampaniyaları planlaşdırmaq, koordinasiya etmək və icrasına nəzarət etmək;

  • Kampaniyaların effektivliyini KPI-lar, satış nəticələri və digər biznes göstəriciləri əsasında təhlil etmək;

  • Bazar, istehlakçı davranışları və rəqib fəaliyyətlərini araşdırmaq, inkişaf yönümlü təkliflər hazırlamaq;

  • Brendin kommunikasiya strategiyasının həyata keçirilməsinə dəstək olmaq, reklam agentlikləri, media və digər tərəfdaşlarla əməkdaşlığı koordinasiya etmək;

  • Rəqəmsal Marketinq, SMM, Dizayn, E-commerce və Satış komandaları ilə koordinasiyalı işləmək;

  • Marketinq büdcəsinin idarə olunmasına, hesabatların hazırlanmasına, yeni mağaza açılışları, məhsul təqdimatları və digər marketinq layihələrinin təşkilinə dəstək vermək;

  • Marketinq trendlərini izləmək, innovativ həllər təklif etmək və mağazalarda həyata keçirilən marketinq fəaliyyətlərinə nəzarət etmək.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;

  • İş yeri: Baş ofis, 25 plaza

  • İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə, 09:00–18:00);

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.

Namizədə tələblər:

  • Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);

  • Mövcud sahə üzrə 2 il iş təcrübəsi (Marketinq, brend marketinqi, retail marketinq)

  • Marketinq kampaniyalarının planlaşdırılması və icrası üzrə praktiki təcrübə;

  • Bazar araşdırması, rəqib analizi və brend idarəçiliyi üzrə biliklər;

  • MS Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı;

  • Hesabatların hazırlanması, büdcənin idarə olunması və layihələrin koordinasiyası bacarığı;

  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək

  • Analitik düşüncə, yaradıcılıq, güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;

  • Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv işləmək bacarığı.

Tələblərə uyğun namizədlər mövzu hissəsində "Marketinq Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.

Similar jobs

See all