E
- Category
- Marketing
About this role
İş yeri: Bakı, Azərbaycan
Vəzifə öhdəlikləri
- Şirkətin brend mövqeyinin gücləndirilməsi və biznes inkişafının dəstəklənməsi məqsədilə marketinq strategiyasının hazırlanması və icrası;
- Şirkətin MEP mühəndislik xidmətlərinin rəqəmsal və ənənəvi marketinq kanalları vasitəsilə tanıdılması;
- Veb-saytın yenilənməsi, sosial media idarəçiliyi, e-mail marketinq kampaniyaları və reklam fəaliyyətləri daxil olmaqla rəqəmsal marketinq proseslərinin idarə olunması;
- Yeni biznes imkanlarının və bazarda mövqelənmə strategiyalarının müəyyənləşdirilməsi üçün bazar və rəqib təhlillərinin aparılması;
- Marketinq materiallarının, təqdimatların və reklam məzmunlarının hazırlanması;
- Potensial müştərilərin cəlb edilməsi və yeni müştəri qazanılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi;
- Sərgilərdə, sənaye tədbirlərində və B2B şəbəkələşmə fəaliyyətlərində şirkətin iştirakının koordinasiyası;
- Marketinq fəaliyyətlərinin effektivliyinin ölçülməsi.
- Sosial media platformaları, korporativ veb-sayt, sərgilər, məhsul təqdimatları, reklam kampaniyaları və digər marketinq kanalları üçün marketinq məzmununun hazırlanması, idarə edilməsi və davamlı olaraq yenilənməsinin təmin edilməsi;
Tələblər
- Marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
- Tikinti, mühəndislik, B2B xidmətlər və ya MEP sektorunda təcrübə üstünlük hesab olunur;
- Rəqəmsal marketinq alətləri və brend idarəetmə prinsipləri üzrə biliklər;
- Güclü analitik düşüncə və kommunikasiya bacarıqları;
- Marketinq məzmununun hazırlanması və idarə olunması bacarığı;
- Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili üstünlükdür);
- Məsuliyyətli, təşəbbüskar, təşkilatçılıq qabiliyyətinə malik və nəticəyönümlü olmaq.
Təklif edirik
- İnkişaf etməkdə olan mühəndislik şirkətində çalışma imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri;
- Mürəkkəb və əhəmiyyətli layihələrdə iştirak imkanı;
- İş həftə içi 5 gün 09:00 – 18:00
- Əmək haqqı razılaşma yolu ilə
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Marketinq Mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.