E
Estet

Marketinq Mütəxəssisi

13 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Kateqoriya
Marketinq

Vəzifə haqqında

İş yeri: Bakı, Azərbaycan

Vəzifə öhdəlikləri

  • Şirkətin brend mövqeyinin gücləndirilməsi və biznes inkişafının dəstəklənməsi məqsədilə marketinq strategiyasının hazırlanması və icrası;
  • Şirkətin MEP mühəndislik xidmətlərinin rəqəmsal və ənənəvi marketinq kanalları vasitəsilə tanıdılması;
  • Veb-saytın yenilənməsi, sosial media idarəçiliyi, e-mail marketinq kampaniyaları və reklam fəaliyyətləri daxil olmaqla rəqəmsal marketinq proseslərinin idarə olunması;
  • Yeni biznes imkanlarının və bazarda mövqelənmə strategiyalarının müəyyənləşdirilməsi üçün bazar və rəqib təhlillərinin aparılması;
  • Marketinq materiallarının, təqdimatların və reklam məzmunlarının hazırlanması;
  • Potensial müştərilərin cəlb edilməsi və yeni müştəri qazanılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi;
  • Sərgilərdə, sənaye tədbirlərində və B2B şəbəkələşmə fəaliyyətlərində şirkətin iştirakının koordinasiyası;
  • Marketinq fəaliyyətlərinin effektivliyinin ölçülməsi.
  • Sosial media platformaları, korporativ veb-sayt, sərgilər, məhsul təqdimatları, reklam kampaniyaları və digər marketinq kanalları üçün marketinq məzmununun hazırlanması, idarə edilməsi və davamlı olaraq yenilənməsinin təmin edilməsi;

Tələblər

  • Marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Tikinti, mühəndislik, B2B xidmətlər və ya MEP sektorunda təcrübə üstünlük hesab olunur;
  • Rəqəmsal marketinq alətləri və brend idarəetmə prinsipləri üzrə biliklər;
  • Güclü analitik düşüncə və kommunikasiya bacarıqları;
  • Marketinq məzmununun hazırlanması və idarə olunması bacarığı;
  • Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili üstünlükdür);
  • Məsuliyyətli, təşəbbüskar, təşkilatçılıq qabiliyyətinə malik və nəticəyönümlü olmaq.

Təklif edirik

  • İnkişaf etməkdə olan mühəndislik şirkətində çalışma imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri;
  • Mürəkkəb və əhəmiyyətli layihələrdə iştirak imkanı;
  • İş həftə içi 5 gün 09:00 – 18:00
  • Əmək haqqı razılaşma yolu ilə

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Marketinq Mütəxəssisi qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiyalar

: