İKB
İdeal Kredit BOKT
Marketinq və satışa dəstək şöbəsinin rəhbəri
Posted 20 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
- Category
- Marketing
About this role
Təsvir
- BOKT-nin strateji hədəflərinə uyğun marketinq və satış strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi;
- BOKT-nin bazarda tanınmasının artırılması, brend imicinin gücləndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi;
- Kredit və digər maliyyə məhsullarının tanıdılması, satış həcminin artırılması və yeni müştərilərin cəlb olunması üçün marketinq kampaniyalarının hazırlanması və idarə olunması;
- Filiallar üzrə satış göstəricilərinin təhlili, satışların artırılmasına yönəlmiş təkliflərin hazırlanması və tətbiqi;
- Şirkətin məhsul və xidmətlərinin bazarda mövqeyinin gücləndirilməsi üçün bazar araşdırmalarının aparılması və əməli təkliflərin hazırlanması;
- Müxtəlif təşkilatlar, ticarət obyektləri və biznes subyektləri ilə əməkdaşlıqların qurulması, yeni satış kanallarının yaradılması və inkişaf etdirilməsi;
- Qısa və uzunmetrajlı reklam çarxlarının, təqdimat videolarının və digər marketinq materiallarının hazırlanması, çəkiliş prosesinin təşkili və nəzarəti;
- Şirkətin sosial media platformalarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması, inkişaf etdirilməsi və effektivliyinin artırılması;
- Sosial media və rəqəmsal marketinq kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili;
- Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirinin qiymətləndirilməsi və investisiya effektivliyinin təmin edilməsi;
- Marketinq büdcəsinin planlaşdırılması, idarə olunması və optimallaşdırılması;
- Marketinq fəaliyyəti, satış göstəriciləri və bazar trendləri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Şöbə əməkdaşlarının fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi;
- Şirkətin daxili qaydalarına, etik davranış prinsiplərinə və korporativ standartlarına riayət olunmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi.
Tələblər
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Marketinq və ya satışın idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
- Maliyyə, bank və ya BOKT sektorunda rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Marketinq, satış və biznes inkişafı sahəsində strateji düşünmə qabiliyyəti;
- Güclü liderlik, komanda idarəetməsi, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Sosial media idarəçiliyi və rəqəmsal marketinq alətləri üzrə biliklərə üstünlük verilir;
- Stressə davamlı, məsuliyyətli və yüksək təşkilatçılıq qabiliyyətinə malik olmaq.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Korporativ Mühit
- Bonus sistemi;
- Yığım sığortasına qoşulma imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.