ASCO Matros
About this role
ASCO-nun donanmaları
Təhsil səviyyəsi: Gəmi sürücülüyü və ya dəniz naviqasiyası mühəndisliyi üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili
Tələb olunan minimum iş stajı: Tələb olunmur
Tələb olunan kompüter bilik səviyyəsi: MS Office (arzuolunandır)
Tələb olunan xarici dil bilik səviyyəsi: Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır)
Hərbi xidməti: Hərbi biletin təqdim edilməsi zəruridir
Əmək müqaviləsinin müddəti: Müddətli
Vəzifə (peşə) təlimatı
Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək;
Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla);
Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq;
Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
Siqnal işaralərini bilmək; göyərtə texniki vasitələrin idarə edilməsini;
Fərdi və kollektiv xilasetmə vasitələrindən istifadəni;
Qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadə qaydalarını; gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini;
Göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi bilməlidir.
Müraciət üçün https://asco.az/az/pages/6/65/vacancy/12597 linkə daxil ola bilərsiniz.
