ASCOASCO

Matros

1 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
18 iyul 2026

Vəzifə haqqında

ASCO-nun donanmaları

  • Təhsil səviyyəsi: Gəmi sürücülüyü və ya dəniz naviqasiyası mühəndisliyi üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili

  • Tələb olunan minimum iş stajı: Tələb olunmur

  • Tələb olunan kompüter bilik səviyyəsi: MS Office (arzuolunandır)

  • Tələb olunan xarici dil bilik səviyyəsi: Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır)

  • Hərbi xidməti: Hərbi biletin təqdim edilməsi zəruridir

  • Əmək müqaviləsinin müddəti: Müddətli

Vəzifə (peşə) təlimatı

  • Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək;

  • Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla);

  • Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq;

  • Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Siqnal işaralərini bilmək; göyərtə texniki vasitələrin idarə edilməsini;

  • Fərdi və kollektiv xilasetmə vasitələrindən istifadəni;

  • Qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadə qaydalarını; gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini;

  • Göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi bilməlidir.

Müraciət üçün https://asco.az/az/pages/6/65/vacancy/12597 linkə daxil ola bilərsiniz.

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et