Mədən sahəsi üzrə növbə nəzarətçisi
Work mode Full-time Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Hasilat sahəsində aparılan işlərin istehsalat planına, texniki göstəricilərə və əməliyyat tələblərinə uyğunluğunu yoxlamaq;
- Mədən sahəsində istifadə olunan texnika, avadanlıq və ölçmə vasitələrinin düzgün istifadəsinə və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Filizə nəzarət texniklərinin sahə və laboratoriya ilə əlaqəli fəaliyyətlərinin düzgün aparılmasını izləmək;
- Filizin itkisinin, qarışmasının və çirklənməsinin qarşısının alınması məqsədilə müəyyən edilmiş nəzarət mexanizmlərinin tətbiqinə nəzarət etmək;
- Növbə ərzində sahədə baş verən texniki və əməliyyat uyğunsuzluqları barədə aidiyyəti şəxsləri məlumatlandırmaq və operativ tədbirlərin görülməsində iştirak etmək;
- Gündəlik fəaliyyət üzrə məlumatların və hesabatların hazırlanmasına dəstək vermək;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək;
- Rəhbərlik tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.
Xüsusi tələblər
- Azərbaycan dili – səlis;
- İngilis dili – arzuolunan;
- Rus dili – arzuolunan;
- MS office proqramlarından istifadə bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (Geologiya, Dağ mədən mühəndisliyi və əlaqəli ixtisaslar)
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
İş qrafiki:
- Növbəli iş rejimi.
A 
AzerGold