Titan Group Mərkəzi Anbar Koordinatoru
About this role
İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
Titan Group MMC istehsalat sahəsində fəaliyyət göstərən komandamıza Mərkəzi Anbar Koordinatoru axtarır.
Vəzifə öhdəlikləri:
Mərkəzi anbarda mal-material və hazır məhsulların hərəkətinin koordinasiyasını təmin etmək;
Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu nəzarətdə saxlamaq;
İstehsalat, satınalma, logistika və satış şöbələri ilə operativ koordinasiyanı həyata keçirmək;
Məhsul qalıqlarını gündəlik izləmək və aidiyyəti şöbələri məlumatlandırmaq;
Mikro proqramında anbar əməliyyatlarının düzgün aparılmasına nəzarət etmək;
Anbar sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;
İnventarizasiya proseslərində iştirak etmək;
Anbar sahələrinin səmərəli istifadəsini və məhsulların düzgün yerləşdirilməsini təşkil etmək;
Yükləmə və boşaltma proseslərinin koordinasiyasını həyata keçirmək;
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər:
Ali təhsil;
Anbar, logistika və ya istehsalat sahəsində 1-3 il iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Mikro proqramı ilə işləmə bacarığı üstünlükdür;
Analitik düşüncə və təşkilatçılıq bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
Əmək haqqı: 800 – 1200 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə təqdim olunur;
Servis xidməti şirkət tərəfindən təmin edilir;
Uyğun namizədlər cvlərini [email protected] mailinə göndərə bilərlər.
