T Titan GroupTitan Group

Mərkəzi Anbar Koordinatoru

Опубликовано 9 ч. назад Источник
Логистика
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
21 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi

Titan Group MMC istehsalat sahəsində fəaliyyət göstərən komandamıza Mərkəzi Anbar Koordinatoru axtarır.

Vəzifə öhdəlikləri:

  • Mərkəzi anbarda mal-material və hazır məhsulların hərəkətinin koordinasiyasını təmin etmək;

  • Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu nəzarətdə saxlamaq;

  • İstehsalat, satınalma, logistika və satış şöbələri ilə operativ koordinasiyanı həyata keçirmək;

  • Məhsul qalıqlarını gündəlik izləmək və aidiyyəti şöbələri məlumatlandırmaq;

  • Mikro proqramında anbar əməliyyatlarının düzgün aparılmasına nəzarət etmək;

  • Anbar sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;

  • İnventarizasiya proseslərində iştirak etmək;

  • Anbar sahələrinin səmərəli istifadəsini və məhsulların düzgün yerləşdirilməsini təşkil etmək;

  • Yükləmə və boşaltma proseslərinin koordinasiyasını həyata keçirmək;

  • Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər:

  • Ali təhsil;

  • Anbar, logistika və ya istehsalat sahəsində 1-3 il iş təcrübəsi;

  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;

  • Mikro proqramı ilə işləmə bacarığı üstünlükdür;

  • Analitik düşüncə və təşkilatçılıq bacarığı;

  • Məsuliyyətli, diqqətli və operativ olmaq;

  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: 800 – 1200 AZN

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30

  • Nahar şirkət tərəfindən təmin edilir;

  • Korporativ nömrə təqdim olunur;

  • Servis xidməti şirkət tərəfindən təmin edilir;

Uyğun namizədlər cvlərini [email protected] mailinə göndərə bilərlər.

Похожие вакансии

Смотреть все