BCA
Borusan CAT Azerbaijan
Mexanik Texnik Təcrübəçi / Mechanical Technician Intern
Posted 1 d ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
- Category
- Sales
About this role
Mexanik Texnik Təcrübəçi
Vəzifənin məqsədi
- Mexanik Texnik Təcrübəçi emalatxana və sahə fəaliyyətlərində Mexanik Texniklərə və Servis Mühəndislərinə dəstək göstərir, eyni zamanda avadanlıqların texniki xidməti, təmir prosesləri, əməyin mühafizəsi qaydaları və texniki əməliyyatlar üzrə praktiki bilik və bacarıqlar əldə edir. Bu vəzifə peşəkar fəaliyyətə yeni başlayan və texniki sahədə inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.
Əsas vəzifələr
- Texniki xidmət və təmir işləri zamanı texniklərə və mühəndislərə dəstək göstərmək.
- Avadanlıqların qəbul və təhvil proseslərinə kömək etmək.
- Texniki xidmət və təmir işlərindən əvvəl alətlərin, materialların və iş sahəsinin hazırlanmasına dəstək olmaq.
- Emalatxananın və iş sahələrinin təmiz, səliqəli və təhlükəsiz saxlanılmasına kömək etmək.
- Alətlərin, avadanlıqların və şirkət əmlakının qorunub saxlanılmasına dəstək vermək.
- Texniki xidmət qeydlərinin və digər texniki sənədlərin hazırlanmasına kömək etmək.
- Nasazlıqların müəyyən edilməsi, texniki xidmət və təmir proseslərini müşahidə etmək və öyrənmək.
- Təhlükəsizlik təlimatlarında iştirak etmək və bütün təhlükəsizlik qaydalarına riayət etmək.
- Şirkət tərəfindən təşkil olunan texniki təlim və inkişaf proqramlarında iştirak etmək.
- Həmkarlar və müştərilərlə işləyərkən peşəkar davranış nümayiş etdirmək.
Tələb olunan ixtisaslar
- Texniki və ya əlaqəli ixtisas üzrə yeni məzun.
- Öyrənməyə və texniki bacarıqlarını inkişaf etdirməyə yüksək həvəs.
- Ağır texnika, mühərriklər, maşın və mexanizmlər, eləcə də texniki xidmət proseslərinə maraq.
- MS Office proqramlarından istifadə üzrə ilkin biliklər.
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
- Məsuliyyətli, intizamlı və öyrənməyə açıq olmaq.
- İngilis dili biliyi üstünlük hesab olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mechanical Technician Intern
Position summary
- Mechanical Technician Intern is responsible for supporting Mechanical Technicians and Service Engineers in daily workshop and field activities while gaining hands-on experience in equipment maintenance, repair processes, safety practices, and technical operations. The role is designed for individuals who are at the beginning of their careers and willing to learn technical skills in a professional environment.
Job responsibilities
- Assist technicians and engineers during maintenance and repair activities.
- Support equipment check-in and check-out processes.
- Help prepare tools, materials, and work areas before maintenance and repair work.
- Assist in cleaning, organizing, and maintaining workshop and yard areas.
- Support the maintenance and safekeeping of tools, equipment, and company assets.
- Assist in preparing maintenance records and other technical documentation.
- Observe and learn basic troubleshooting, maintenance, and repair procedures.
- Participate in safety briefings and follow all safety rules and procedures.
- Attend technical trainings and development programs provided by the company.
- Maintain a positive and professional attitude while working with colleagues and customers.
Required Qualifications
- Recent graduate in technical or related field.
- Strong willingness to learn and develop technical skills.
- Interest in heavy equipment, engines, machinery, and maintenance processes.
- Basic computer skills (MS Office).
- Good communication and teamwork skills.
- Responsible, disciplined, and eager to learn.
- English knowledge is an advantage.
Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.