TAİS İKF Meyvə və tərəvəz anbarı üzrə nəzarətçi
Experience 3–5 years Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş yeri : TAİS-İKF MMC
- Ünvan: Nərimanov rayonu
Öhdəliklər
- Anbara daxil olan bütün tərəvəz və meyvələrin miqdarını, keyfiyyətini və müşayiətedici sənədlərini yoxlamaq
- Məhsulların çeşidlənməsi, yuyulması, təmizlənməsi və qablaşdırılması proseslərinə gündəlik nəzarət etmək
- Məhsulların sifarişlərə uyğun, düzgün çəki ilə göndərilməsinə nəzarət etmək
- Bütün əməliyyatların 1C proqramı vasitəsilə düzgün idarə olunmasına nəzarət etmək
- Emal zamanı məhsul itkisini (tullantı faizini) izləmək və normadan artıq itkilərin səbəblərini araşdırmaq
- İstehsal planına uyğun olaraq gündəlik emal həcmini təşkil etmək və iş bölgüsünü aparmaq
- İşçilərin işə davamiyyətinə, əmək intizamına və iş bölgüsünə nəzarət etmək
- Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının (HACCP tələblərinin) icrasını təmin etmək
- Emal avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, yaranan nasazlıqlar barədə vaxtında rəhbərliyi məlumatlandırmaq
- Hazırlanmış məhsulların çəkisini, keyfiyyətini və qablaşdırılmasını yoxlayaraq təhvil vermək
- Gündəlik istehsal, tullantı və məhsuldarlıq hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
- Xammalın, qablaşdırma materiallarının və digər ehtiyatların səmərəli istifadəsinə nəzarət etmək
- Soyuducu kameralarda saxlanma temperaturunun və məhsulların yerləşdirilmə qaydalarının müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlamaq
- FIFO (İlk daxil olan – ilk çıxar) prinsipinin tətbiqinə nəzarət etmək
- Keyfiyyətsiz və ya istifadəyə yararsız məhsullar aşkar edildikdə dərhal rəhbərliyi məlumatlandırmaq və müvafiq aktların tərtib edilməsini təmin etmək
- Yeni əməkdaşların iş prosesinə uyğun təlimatlandırılmasını təşkil etmək
- İstehsalın fasiləsiz aparılması məqsədilə Mərkəzi Anbar, Təchizat, Logistika və Mərkəzi Mətbəx ilə operativ əlaqəni təmin etmək
- Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər
- Anbar sahəsində minimum 3 il iş təcrübəsi (meyvə və tərəvəz sahəsində təcrübə üstünlükdür)
- Meyvə və tərəvəz məhsullarının saxlanma və qəbul qaydalarını bilmək
- Anbar uçotu və inventarlaşdırma üzrə biliklərə malik olmaq
- Məsuliyyətli, diqqətli və dəqiq işləmək bacarığı
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Komanda ilə işləmək və işçi heyətini koordinasiya etmək bacarığı
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı
- Microsoft Excel və 1C proqram təminatında sərbəst işləmək, məlumatların emalı, uçotu və hesabatların hazırlanması bacarığı
Tİ 

TAİS İKF
TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir. Şirkət respublika miqyaslı bir sıra mühüm tədbirlərin…