Mobil üzrə aparıcı mühəndis
Work mode Full-time Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Yarımbölmənin sahəsi daxilində mürəkkəb xüsusiyyətlərin və ya servislərin başdan-sona dizaynı və çatdırılmasına sahib olmaq; yerli arxitektur qərarlar qəbul etmək;
- Mürəkkəb dəyişikliklər üçün texniki dizayn sənədləri və RFC-lər hazırlamaq; öz sahəndə code review standartlarını müəyyənləşdirmək;
- Öhdəlikdə olan servislərin performans, miqyaslanma və dayanıqlıq təkmilləşdirmələrinə rəhbərlik etmək; tier-2 on-call reaksiyasını aparmaq;
- Sub-domen üçün arxitektur qərar qeydləri (ADR) yazmaq və saxlamaq; sub-domen texniki sənədlərini mütəmadi yeniləmək;
- Yeni komanda üzvlərinin onboarding-ini keçirmək; müsahibələrdə iştirak və işə qəbul qərarlarına dəstək;
- Android mobil tətbiqlərinin inkişafı və dəstəklənməsi: user experience, performance və offline funksionallıq;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
Xüsusi tələblər
- Kompüter Elmləri və ya əlaqədar texniki sahədə bakalavr dərəcəsi;
- Mobile mühəndisliyi sahəsində 5+ illik təcrübə; miqyaslana bilən arxitektura, offline-first strategiyalar, release prosesi və performance optimizasiyası üzrə peşəkar təcrübə;
- Android (Kotlin / Jetpack Compose) üzrə 5+ illik təcrübə;
- Platformalar:
- Android: Kotlin, Jetpack Compose, Coroutines, Flow, Hilt / Dagger, Jetpack kitabxanaları;
- Arxitektura və Build:
- MVVM, MVI, Clean Architecture, Dependency Injection, Repository Pattern; Build və CI/CD alətləri: Gradle, Fastlane, Bitrise və ya oxşar həllər; App signing, build variantları və release idarəetməsi üzrə təcrübə;
- Kod Keyfiyyəti və Testing:
- SOLID, Dizayn Nümunələri və Clean Code prinsiplərinin dərin anlayışı;
- Unit testing (JUnit, Mockito, Mockk), UI testing (Espresso), snapshot testing, contract testing;
- Performans və Observability:
- Tətbiqin açılış sürəti, yaddaş istifadəsi, batareya sərfiyyatı və şəbəkə performansının optimallaşdırılması üzrə təcrübə; Android Profiler, Systrace və ya Perfetto alətləri ilə işləmə bacarığı; Crash reporting (Firebase Crashlytics), analytics (Firebase Analytics, Mixpanel, Amplitude) və performance monitoring (Firebase Performance, New Relic Mobile, Datadog RUM) üzrə təcrübə;
- API və Lokal Yaddaş:
- REST və GraphQL API inteqrasiyası üzrə təcrübə; Retrofit, Ktor və ya OkHttp ilə işləmə bacarığı; Moshi və ya kotlinx.serialization istifadə təcrübəsi; Lokal yaddaş həlləri: Room, SQLite, DataStore və DataStore Proto; Təhlükəsiz məlumat saxlanması üçün EncryptedSharedPreferences və digər Android təhlükəsizlik mexanizmləri üzrə biliklər;
- Mobil-Spesifik Qabiliyyətlər:
- Push notifications (FCM), background processing, deep linking və biometric authentication üzrə təcrübə;
- Google Play Store release prosesi, tətbiq yayımlanması, beta test mühitləri (Firebase App Distribution, Play Internal Testing) və mərhələli yayım (phased rollout) üzrə təcrübə;
- Liderlik Bacarıqları:
- Mobile mühəndisləri komandalarına rəhbərlik etmə, aydın məqsədlər müəyyən etmə və yüksək keyfiyyətli həlləri vaxtında təqdim etmə üzrə sübut olunmuş təcrübə;
- Məhsul, dizayn və əməliyyat komandaları ilə effektiv əməkdaşlıq xüsusiyyətlərinə sahib güclü ünsiyyət bacarıqları
- Gənc və orta səviyyəli mühəndislərə mentorluq və təlim vermək, inkişaflarını dəstəkləmək və texniki mükəmməlliyə təşviq etmək təcrübəsi;
- Kod keyfiyyətini izləmək, standartları tətbiq etmək və komanda daxilində ardıcıl sənədləşdirmənin təmin edilməsi üzrə bacarıqlar;
- Android (Kotlin / Jetpack Compose), MVVM / Clean Architecture, offline-first, push notifications, Play Store release prosesi, performans və battery optimallaşdırılması, Firebase / Crashlytics təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – yüksək səviyyədə; Rus və İngilis dili biliyi – üstünlükdür.
A 
Azerconnect Group
İnformasiya və kommunikasiya
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir. 2013-cü ildə təsis edilmiş Azerconnect Group rəqəmsal qloballaşma prosesləri…