Euroline QSC Planlama üzrə mühəndis
Work mode Full-time Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- Pul axını üzrə analiz və proqnozların hazırlanması.
Xüsusi tələblər
- Mühəndislik sahəsi üzrə ali təhsil;
- Planlaşdırma mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 3 illik təcrübə;
- Layihə Planlama Proqramları (Primavera və ya Ms.Project) üzrə peşəkar biliklər;
- Güclü analitik və məntiqi düşünmə bacarıqları;
- İşgüzar səfərlərə ezam olunmaq imkanı
EQ 

Euroline QSC