EQ Euroline QSCEuroline QSC

Planlama üzrə mühəndis

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
  • Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
  • Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Pul axını üzrə analiz və proqnozların hazırlanması.

Xüsusi tələblər

  • Mühəndislik sahəsi üzrə ali təhsil;
  • Planlaşdırma mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 3 illik təcrübə;
  • Layihə Planlama Proqramları (Primavera və ya Ms.Project) üzrə peşəkar biliklər;
  • Güclü analitik və məntiqi düşünmə bacarıqları;
  • İşgüzar səfərlərə ezam olunmaq imkanı

Müraciət etmək üçün: [email protected]
EQ Euroline QSC
Euroline QSC

Oxşar vakansiyalar

Hamısına bax