GC
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Tələblər:
- Cins: kişi;
- Yaş həddi: 25-40;
- Planlama mühəndisi olaraq azı 3 il iş təcrübəsi;
- Ali təhsil (İnşaat mühəndisliyi);
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
- MS Office, Primavera P6, MS Project;
- İşgüzar ünsiyyət bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
- Faktiki iş həcmlərinin planla müqayisə olunması;
- Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
- Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
- Müddət və kənaraçıxmaların analizini edir. Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
- Layihə rəhbəri, sahə rəisi, MEP və QA/QC mühəndisləri ilə koordinasiyalı şəkildə işləmək.
İş şəraiti:
- İş yeri: Baş ofis - Baku City Residence Olimpik (Heydər Əliyev pr 189);
- İş rejimi: 6 günlük;
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı təhsil, iş stajı və bacarıq nəzərə alınmaqla müəyyən olunur.
Maraqlanan namizədlər öz CV-lərini (yalnız Azərbaycan dilində) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.