GC
GM Construction

Planlama mühəndisi

Posted 22 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Category
Engineering

About this role

Tələblər:

  • Cins: kişi;
  • Yaş həddi: 25-40;
  • Planlama mühəndisi olaraq azı 3 il iş təcrübəsi;
  • Ali təhsil (İnşaat mühəndisliyi);
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • MS Office, Primavera P6, MS Project;
  • İşgüzar ünsiyyət bacarığı;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
  • Faktiki iş həcmlərinin planla müqayisə olunması;
  • Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
  • Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək;
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
  • Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
  • Müddət və kənaraçıxmaların analizini edir. Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
  • Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
  • Layihə rəhbəri, sahə rəisi, MEP və QA/QC mühəndisləri ilə koordinasiyalı şəkildə işləmək.

İş şəraiti:

  • İş yeri: Baş ofis - Baku City Residence Olimpik (Heydər Əliyev pr 189);
  • İş rejimi: 6 günlük;
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı təhsil, iş stajı və bacarıq nəzərə alınmaqla müəyyən olunur.

Maraqlanan namizədlər öz CV-lərini (yalnız Azərbaycan dilində) Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. 

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Similar jobs

: