NH Natural HalıNatural Halı

Mobiloqraf / Kontent Meneceri

Bakı Posted 5 h ago Source
Full-time No experience Design
Monthly salary
₼600 – 800
Application deadline
7 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Komandamıza kreativ düşüncəli, sosial media trendlərini izləyən, mağaza daxilində məhsul, kampaniya və endirim çəkilişləri hazırlaya bilən Mobiloqraf / Kontent Meneceri axtarırıq.

Namizəd yalnız video çəkən biri yox, məhsulu sosial mediada daha cəlbedici göstərməyi, kampaniyanı satışa yönəltməyi və izləyicidə alış istəyi yaratmağı bacarmalıdır.

Vəzifə öhdəlikləri:

  • Mağaza daxilində məhsulların foto və video çəkilişlərini həyata keçirmək
  • Kampaniya, endirim, yeni məhsul və xüsusi təkliflər üçün satış yönümlü video kontentlər hazırlamaq
  • Instagram Reels, TikTok və digər sosial media platformaları üçün dinamik qısa videolar çəkmək və montaj etmək
  • Məhsulun üstünlüklərini, qiymət təkliflərini və kampaniya mesajlarını videoda aydın göstərmək
  • Çəkilişlərdə məhsulu cəlbedici təqdim etmək və alışa yönləndirən kontent formatları yaratmaq
  • Endirim, kampaniya və mağaza içi aktivliklər üçün kreativ video ideyaları təklif etmək
  • Çəkilən videoların montaj və edit prosesini icra etmək
  • Sosial media trendlərini izləmək və uyğun formatları mağaza kontentlərinə tətbiq etmək
  • Kontent planının hazırlanmasına və icrasına dəstək olmaq
  • Brendin vizual üslubuna uyğun foto və video materiallar hazırlamaq

Tələblər:

  • Telefonla keyfiyyətli foto və video çəkilişi bacarığı
  • Mağaza daxilində məhsul və kampaniya çəkilişləri edə bilmək
  • Satış yönümlü kontent məntiqini başa düşmək
  • CapCut, VN və ya digər montaj proqramlarında işləmə bacarığı
  • Instagram Reels və TikTok formatlarını bilmək
  • Hook, subtitle, sürətli montaj və dinamik video axını qurmaq bacarığı
  • Kreativ düşüncə və vizual zövq
  • Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı
  • Portfolio və ya çəkdiyi iş nümunələrinin təqdim olunması

Üstünlükdür:

  • Mağaza, retail və ya məhsul çəkilişi üzrə təcrübə
  • Endirim və kampaniya kontentləri hazırlamaq təcrübəsi
  • Reklam üçün video kreativ hazırlamaq bacarığı
  • SMM və ya mobiloqrafiya sahəsində bilik və ya sertifikat
  • Süni intellekt alətlərindən istifadə bacarığı
  • Sadə satış mətnləri və video ssenariləri hazırlamaq bacarığı

Təklif edilən şərtlər:

  • Tam iş günü
  • Rəsmi əməkdaşlıq imkanı
  • Stabil iş mühiti
  • Komanda ilə inkişaf imkanı
  • Performansa əsasən bonus sistemi
  • 600 AZN maaş + 260 AZN yemək pulu (Nağd pul olaraq verilir)

İş yeri: Nəriman Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
İş qrafiki: 09:30 – 18:00
Əməkhaqqı: 600 AZN maaş + 260 AZN yemək pulu (Nağd pul olaraq verilir) + performansa əsasən bonus

Maraqlanan namizədlər CV-lərini və ya portfolio / iş nümunələrini göndərə bilərlər.

Müraciət zamanı mövzu hissəsində “Mobiloqraf / Kontent Meneceri” qeyd etməyiniz [email protected] email adresinə göndərməyiniz xahiş olunur.

NH Natural Halı
Natural Halı

Similar jobs

See all